Yazaq
Ey hurivəş ki, əksi-rüxün sağərimdədir…
August 31st, 2010 | Yaz
Ey hurivəş ki, əksi-rüxün sağərimdədir,
Kövsər zülalı, badeyi-canpərvərimdədir.
İsgəndərəmmi zülmətə, ey Xızr, olam rəvan,
Abi-həyat ləli-ləbi-dilbərimdədir.
Sirri-dəhanı məndən eşit kim, bu nöqtənin
Təlif olan kitabələri əzbərimdədir.
Ol şəmi-hüsnə yandığım axşamdan bəri
Pərvanələr gözü hamı xakistərimdədir.
Qorxutma, zahida, məni nari-cəhimdən,
Dəryayi-rəhmətin başı əşki-tərimdədir.
Ol qaşı Zülfüqar vuran zəxmi-möhlikin
Cibril tək hənuz əsəri şəhpərimdədir.
Dildən məhaldır ki, edə intiqal eşq,
Seyyid, bu bir ərəzdi ki, öz cövhərimdədir.
Seyyid Əzim Şirvani
Qaçax Nəbi
May 16th, 2010 | Yaz
Dur qəfəs qapısın bir açax, Nəbi
Bu sınıx qanadla bir uçaq, Nəbi
Gecəli qoy aşaq bu dağdan-daşdan
Zindanı qazmışam, dur qaçaq Nəbi!
Vətəndən doymuşam, məni qınama,
Dur gedək, bu xalqı artıq sınama,
Dur görüm, bu agac bənzir anama,
Telindən qoy qırım bir saçax, Nəbi!
Haralı olmalı, bilə bilmədik,
Ləkəsin bu qanın silə bilmədik,
Bir də biz bu yerə gələ bilmədik,
Arazın suyundan bir dadax, Nebi!
Qazamat istidi, yata bilmisən,
Analar beşiyin sata bilmisən,
Öz ata yurdunu ata bilmisən
Qeyrətin qurbanı, ay qoçax, Nəbi !
On beş il gavurun zülmünə dözdün,
Hər nəqşə çəkdisə, nəqşəsin pozdun
Şimdi ki, obadan, eldən əl üzdün,
Qəm yükün çatmişam, dur köçax,Nəbi!
Dördbir dövrəmizi saldatlar aldı
Qalalar ucaldı, qaranlıq saldı,
Zindanın işiqsız, günəşsiz qaldı,
Hümmətin ucadır, dam alçax, Nəbi!
Bir kəsin qalmayıb yaru yoldaşdan,
Qalsada fayşadır, doymaz oynaşadan,
Gecəli aşmalı bu dağdan, daşdan,
Zindanı qazmışam, dur qaçax, Nəbi!
Dedin bəs vətən də sabiq vətəndir,
Gördün ki, dostun yox, hepsi düşməndir,
Vətəndən qalan bir quru kövşəndir,
Ondan da əl çəkib vaz keçax, Nəbi!
Çöllərdə çəkmişdim vətən zillətin,
Gərəkmiş ozündə çəkim qürbətin,
Qırardım vətənin ipin,ülfətin,
Cigərdən ayrılmır bir picax, Nəbi!
Boşluq
April 3rd, 2010 | Yaz
Yazı yazanda boşluq buraxmalıyıq. Boşluq olmasa yazı oxunulmaz. Maşını da saxlayanda boşluq buraxmalıyıq. Çox yerlərdə boşluq buraxmalıyıq. İki boşluqun arasında necə? Məncə yox. İki boşluq arasında boşluq buraxsaq, elə hamısı bir boşluq kimin görsənər. Görsənər? Kimin gözündə görsənər? Elə ona görədə, iki boşluq arasında olan boşluq görünə bilər.
Aman Aman Ayrılıq
March 31st, 2010 | Yaz
Aman aman ayrılıq
Olur yaman ayrılıq
Eşidəndə başımdan
Qalxır duman ayrılıq
Yar şirin sözlərindən
Doymadım sözlərindən
Bilseydim ayrılıqdır
Öpərdim gözlərindən
Aşıq şirin cana
Olmuşam divana
Atdın getdin məni
Qalmışam yana yana
Eylədi qəhri mənə
Gəlmədi rəhmi mənə
Doldurub qəm piyaləsin
İşdirib zəhri mənə
İlqarın oldu yalan
Könlümə saldı talan
Ayrılsın ayrı düşsün
Bizə ayrılıq salan
Quşlar uçar kollarda
Gül butası qollarda
Hardasan yarım harda?
Gözüm qaldı yollarda
Aşıq şirin cana
Olmuşam divana
Atdın getdin məni
Qalmışam yana yana
Eylədi qəhri mənə
Gəlmədi rəhmi mənə
Doldurub qəm piyaləsin
İşdirib zəhri mənə
Yar şirin sözlərindən
Doymadım sözlərindən
Bilseydim ayrılıqdır
Öpərdim gözlərindən
Ey Gözəl Pəri – Aygun Baylar
March 6th, 2010 | Yaz
Ey gözəl pəri,
Getmə gəl bəri
Gəlməsən əgər
Ollam sər səri
Hər bağı gəzib dolandım
Görmədim səni, görmədim səni
Tək səni annam, a gülüm!
Öo tutub yannam, ay aman!
Joining and Splitting FLV Files with Free Tools
March 4th, 2010 | Yaz
To join FLV files use Andy’s FLV Joiner (Direct link to download version 0.4). You can run it without installation.
To split files, use Moyea FLV Editor Lite. This is free but you need to install it. It is not necessary to register.
Sənsizləmişəm
January 24th, 2010 | Yaz
Bax gülüm gəldi bahar açdı bulaqlar gözünü
Yar ınanma bu göz yaşları bağlar gözümü
Gorxuram sənsiz öləm ağlayasan arxamca
Axi ölsəm mələyim kim silər ağlar gözünü
Nə qədər göynəmişəm
Nə qədər sizlamışam
Necə yalqızlamışam yar
Necə yalqızlamışam ah
Necə yalqızlamışam
Bu könül dəftərinə dərdo kədər yazdı fələk
Bu qər…ib taleimə gör ki nələr yazdı fələk
Neyləyim axı mən sənsizliyə öyrəşməmişəm
Mənə qürbətdə keçən ömrü hədər yazdı fələk
Ah nə qədər göynəmişəm
Göz yaşın gizləmişəm
Necə sənsizləmişəm yar
Necə sənsizləmişəm
Sənsən, sən!
August 17th, 2009 | Yaz
Aylı gecə, sərin külək, göy çəmən,
Dörd yanımız ətir saçan yasəmən.
Ancaq məni heyrətlərə qərq edən,
Nə çəməndir, nə çiçəkdir ñ
Sənsən, sən!
Çiçəklərin yarpağında şeh gəzir,
Tellərində külək gəzir, meh gəzir,
Qəlbimi gah qul eyləyən, gah əsir,
Nə o şehdir, nə o mehdir
Sənsən, sən!
Nəğmə deyir zümzüməli çay səsi,
Nəğmə deyir küləklərin nəfəsi,
Mənim sevgi taleyimin nəğməsi,
Nə o çaydır, nə küləkdir
Sənsən, sən!
Bir ümidlə dövr eləyir bu cahan,
Bir diləyə qovuşmağa atır can.
Mənim həyat yollarıma nur saçan,
Nə ümiddir, nə diləkdir,
Sənsən, sən!
Bir söz axır dodağıma dilimdən,
canan deyib, can bilirəm səni mən,
Gecə-gündüz bu sinəmdə döyünən,
Nə könüldür, nə ürəkdir
Sənsən, sən!
Qəzəl
August 9th, 2009 | Yaz
“Gül fəsli ola baxçada, bir sevgili canan,
Bir ney çalan olsun, mən olam, bir də qəzəlxan”*
Ney səslənə, bülbül də ola onla həm avaz
Saçlar tökülə surətə, könlüm ola viran
Hıcrın qəmin, bülbül oxuya, neylə bərabər
O gül yada salıb, səslənə, ney də neyistan
Bu vəlvələdən rəhmə qəlib, dinləyə yarım
Əsrari şəbi hicrimi o afəti dövran
Yaşar ürəyim də həvəsi, rəhmə gələ o
qalmış bugün aləmdə əgər bir dəli ceyran
* bu beyt Mir Mehdi dən di
Dad Aldı Məni
August 9th, 2009 | Yaz
Gəl, eşqindən yanıram, dad aldi məni,
Ay qız, alovlanıram, yad aldı məni.
Anama yalvarıram, dad aldı məni,
Mən sənin yarın ollam, yad aldı məni
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.
Gecələr ay olaydı, dad aldı məni
Yar yara tay olaydı, yad aldı məni,
Yarın əli əlimdə, dad aldı məni,
Öpüşlər aybolaydı, yad aldı məni.
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.
Ay gözəl, o gün eylər, dad aldı məni,
O gün deyər, o gün eylər, yad aldı məni.
Yar-yara qovuşarsa, dad aldı məni,
Bayramın o gün eyler, yad aldı məni.
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.
Kişmiri şalın ollam, dad aldı məni,
Ağ üzde xalın ollam, yad aldı məni.
Anama yalvarıram, dad aldı məni,
Mən sənin yarın ollam, yad aldı məni
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.