Ən iyi beş kompüter virusboğan (antivirus) proqramları

June 5th, 2008 | Yaz

İnternet dünyası şanlı və həyəcanlı bir dünyadır. Amma əyə bir yaxşı virusboğan proqramla qorunmusuz, bu dünya bir qorxmalı dünyaya çevrilə bilər. Bu yazı da beş dəyərli virusboğan proqram ilə sizi tanışdıracağam.


1) AVG Anti-Virus (Freeware and Shareware)


Yüngül AVG Free interneti öz başlarına götürmüş çoxlu virusdan qoruya bilər. Onun hətta pulsuz olan nüsxəsi çox işlədənlərə görə kifayətdir. Pulsuz nüsxəni burdan yendirə bilərsiniz.


2) NOD32 (Shareware)


NOD32-inin ən şöhrətli xasiyyətləri onun surəti və yüngüllüyüdür; çox işlədənlər onun kamilliyinə and içərlər. Təəssüf ki NOD32 pulsuz dəyir və ildə 40 dolar onun evdə işlətməli nüsxəsinə ödəməlisiniz.

3) Avast Antivirus (Freeware and Shareware)


Bu sıralar çoxlu AVG işlədənlər Avast-ə üz gətiriblər. Deyilir ki, baxmayaraq ki AVG-dən bir azca ağırdır amma ondan daha güclüdür. Bu virusboğanı da pulsuz burdan yendirə bilərsiniz.

4) Avira AntiVir (Freeware and Shareware)


Neçələrinə görə, ayrı virusboğanlar tapa bilməyən virusları Avira tapar.

5) Kaspersky Anti-Virus (Shareware)


60 dolara satılan bu virusboğan, işlədicilərə görə çox dəyərli və daha güclüdür. Onların dediklərinə görə, bu virusboğan yeni virusları tapmağa daha tezraq gündəliklənir.

Qaynaq

2 Responses to “Ən iyi beş kompüter virusboğan (antivirus) proqramları”

  1. ilhame says:

    men antivirus proqramlari haqda ve onlarin qiymetleri haqda melumat bilmek isteyirem

    [Reply]

  2. turqut says:

    men almaq istiyirem

    [Reply]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *