Yazaq
Archive for January, 2007
- October 2011|
- August 2010|
- May 2010|
- April 2010|
- March 2010|
- January 2010|
- August 2009|
- June 2009|
- May 2009|
- April 2009|
- February 2009|
- January 2009|
- December 2008|
- July 2008|
- June 2008|
- May 2008|
- April 2008|
- March 2008|
- June 2007|
- February 2007|
- January 2007|
İstə
January 24th, 2007 | Yaz
Öz məğrur eşqimdə təmənnasızam, (2)
Bir damla istəsəm, bir ümman istə! (2)
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm, bir ümman istə!
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!
Mənə ulduz boyda işıq ver desəm, (2)
Sən məndən Günəşli asiman istə! (2)
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə!
Mənə ulduz boyda işıq ver desəm,
Sən məndən Günəşli asiman istə!
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə! (2)
Sarı bülbül
January 18th, 2007 | Yaz
Vətən bağı al əlvandır,
Yox üstündə xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin sarı bülbül,
Səsin gəlsin sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Geyib yaşıl donun çöllər,
Həvəsində açır güllər,
Töküb şirin-şirin dillər,
Gəl oyadaq yarı bülbül,
Gəl oyadaq yarı bülbül,
Yarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Bülbül sənin işin qandır,
Aşıqlar oduna yandı,
Nədən hər yerin əlvandır,
Köksün altı sari bülbül,
Köksün altı sari bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Oxu quşlar dilə gəlsin,
Xoş nəfəsin zilə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda sazı bülbül,
Mən çalanda sazı bülbül,
Sazı bülbül,
Sazı bülbül,
Sazı bülbül,
Mənim əzizlərim
January 18th, 2007 | Yaz
Neçə eldən obadan,
Hər nəğmən bir qızıl gül,
Azərbaycan diyəndə,
Otlanıb yandı könül
Neçə eldən obadan,
Hər nəğmən bir qızıl gül,
Azərbaycan diyəndə,
Otlanıb yandı könül
Xoş gördük əzizlərim,
Sizi gördü gözlərim,
Dünyanın xoşbəxtiyəm,
Mənim əzizlərim
Xoş gördük əzizlərim,
Sizi gördü gözlərim,
Dünyanın xoşbəxtiyəm,
Mənim əzizlərim
Mən yenə ürəyimdə,
Min arzu bitirmişəm,
Bu gözəl gecəmizə,
Nəğmələr gətirmişəm
Mən yenə ürəyimdə,
Min arzu bitirmişəm,
Bu gözəl gecəmizə,
Nəğmələr gətirmişəm
Xoş gördük əzizlərim,
Sizi gördü gözlərim,
Dünyanın xoşbəxtiyəm,
Mənim əzizlərim
Aman ovçu
January 16th, 2007 | Yaz
Aman ovçu, vurma məni,
Mən bu dağın, ay balam, maralıyam,
Aman ovçu, vurma məni,
Mən bu dağın, ay balam, maralıyam,
Maralıyam, həm yaralı,
Ovçu əlindən, ay balam, yaralıyam
Maralıyam, həm yaralı,
Ovçu əlindən, ay balam, yaralıyam
Bu dağlarda, maral gəzər,
Ayaqların, ay balam, daşlar əzər
Bu dağlarda, maral gəzər,
Ayaqların, ay balam, daşlar əzər
Mən yarıma neyləmişəm?
Yarım məndən, ay balam, kənar gəzər
Mən yarıma neyləmişəm?
Yarım məndən, ay balam, kənar gəzər
Sarı gəlin
January 16th, 2007 | Yaz
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Söhbətim sazım
January 16th, 2007 | Yaz
Su atıb döndüm evə
Sən yola düşdün,
Su atıb döndüm evə
Sən yola düşdün,
Tez qayıdıb gələrəm
Gözlədim, içdim,
Gözlədim, içdim
Söhbətim sazım,
Baharım, yazım
Söhbətim sazım,
Baharım, yazım
Tez qayıt, ürəyimdə
Qalmasın arzum
Qalmasın arzum
Evimiz, Eyvanımız,
Olmasın sənsiz
Evimiz, Eyvanımız,
Olmasın sənsiz
Tez qayıt, gülərimiz
Solmasın sənsiz,
Solmasın sənsiz
Söhbətim sazım,
Baharım, yazım
Söhbətim sazım,
Baharım, yazım
Tez qayıt, ürəyimdə
Qalmasın arzum
Qalmasın arzum
Oxu tar
January 11th, 2007 | Yaz
Oxumaq:
Oxu tar, oxu tar!…
Səsindən nə lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Ey geniş kütlənin şirini, şərbəti,
Alovlu sənəti!
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün Segahın danışır,
Pərişan, pərişan.
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Nağ: Oxu tar, oxu tar!…
Oxu tar, oxu tar!…
Səsindən nə lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Ey geniş kütlənin şirini, şərbəti,
Alovlu sənəti!
Ey geniş kütlənin şirini, şərbəti,
Alovlu sənəti!
Şer :
Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar,
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar,
Ötürmüş sayəndə köksünü:
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq Çargahın divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxalanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu tar:
fikrimdə oyansın,
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlkbahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün Segahın danışır,
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bə’zən də simlərin qəmləri ovudar,
Olardın onların sirdaşı
Sən ey tar!…
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xalçalar,
Xalçalar üstündə uzanmış
Dodağı qönçələr,
“- Hey, saqi, mədət qıl, soyudu şərabın,
İncitmə könlünü bu xanexərabın!”
Söyləyən tox sözlü şairlər,
Həvəsdən doymayan ac gözlü şairlər:
Nədimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Hep səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçin oxu, tar!
Səni kim unudar?
Sən qulluq etmədin məscidə, axunda,
Çalışdın, həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər,
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül!” dedin.
“Ey qüssə, öl!” dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq,
Oxu, tar! Dəyişdi zamana,
Bax indi radio səsini
dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə əba, nə qaba, nə sarıq.
Oxu ,tar! Alovlu izlərin
Əcəba, neçə sıx dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mə’dənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!…
Səsindən ən lətif şe’rlər dinləyim.
Oxu, tar, bir qadar!…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!..
Mikayıl Müşfiq
1933-1934
Bağımda üzüm qaldı
January 8th, 2007 | Yaz
Bağımda üzüm qaldı, üzüm qaldı,
Yemədim üzüm qaldı, üzüm qaldı,
İki əmiqızının(2), a Leyli (2)
Birində gözüm qaldı, a Leyli (2), Hey Hey Hey !
Ayağımda məsi var, məsi var
Qızıldan düyməsi var, düyməsi var
Qoymur gedim yanına (2), a Leyli (2)
Bir zalım nənəsi var, a Leyli, a Leyli, Hey Hey Hey !
Əzizim gülüm yansın, gülüm yansın,
Pis adam gülüm yansın, gülüm yansın,
Meni yardan edənin (2), a Leyli (2)
Ağzında dili yansın, a Leyli, a Leyli, Hey Hey Hey !
Bu dərədən qaz gedər, qaz gedər,
Qaqqıldaşar tez gedər, tez gedər,
Tanrıya rəvadırmı (2), a Leyli (2)
Dul kişiyə qız gedə, a Leyli, a Leyli, Hey Hey Hey !
əzizim təzə qarı, təzə qarı,
Dağların təzə qarı, təzə qarı,
Arvadı çox deyingən (2), kişinin (2),
Saqqalı tez ağarır kişinin, kişinin, Hey Hey Hey !
Əzizinəm bu dağa, bu dağa,
El köçübdür bu dağa, bu dağa,
Elə ki, mən dözürəm (2), a Leyli (2),
Rəqib dözməz bu dağa, a Leyli, a Leyli, Hey Hey Hey !
Bağımda üzüm qaldı, üzüm qaldı,
Yemədim üzüm qaldı,
İki əmiqızının(2), a Leyli (2)
Birində gözüm qaldı, a Leyli (2), Hey Hey Hey …. !
Azərbaycanım
January 8th, 2007 | Yaz
Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların.
Yurdum, yuvam, məskənimsən, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım!
El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı göy tarlalardır,
Buruqların göy Xəzərdə qatar qatardır,
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım.
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım.
Hey! Hey! Azərbaycanım ….
Ay qız kimin qızısan?
January 8th, 2007 | Yaz
Ay qız kimin qızısan?
Almadan qırmızısan
Anan səni bəsləmiş
Bəxtimin ulduzusan
Aç xurcunu, al bıçağı
Kəs almanı, ver yara
Dilim, dilim, dilim, dilim
Ay qız belin incədir
Dodaqların qönçədir
Mən ki səni sevmişəm
Ürəyim dalıncadır
Aç xurcunu, al bıçağı
Kəs almanı, ver yara
Dilim, dilim, dilim, dilim
Ay qız, dodağın büzmə
Büzüb qəlbimi üzmə
Mən ki sənə sevmişəm
Ürəyimi gəl üzmə
Aç xurcunu, al bıçağı
Kəs almanı, ver yara
Dilim, dilim, dilim, dilim