Yazaq
Archive for January, 2007
- October 2011|
- August 2010|
- May 2010|
- April 2010|
- March 2010|
- January 2010|
- August 2009|
- June 2009|
- May 2009|
- April 2009|
- February 2009|
- January 2009|
- December 2008|
- July 2008|
- June 2008|
- May 2008|
- April 2008|
- March 2008|
- June 2007|
- February 2007|
- January 2007|
Ala Göz
January 8th, 2007 | Yaz
Sənin gətirdiyin bir dəstə çiçək
Saralıb solubdur, ata bilmirəm
Gecəli gündüzü bu həsrət ürək
Elə kövrəlir ki yata bilmirəm
Doğrusu, yorubdur məni bu halım
Dərdlərin əlindən bəs harada qalım
Elə bir qanadlı quşdur xəyalim
Əl edib mən onu tuta bilmirəm
Deyilər yollarda vüsal görünür
O kimin eşqinlə elə sovulub
Mənim uçun küləyə şimşəyə dönüb
Qaçıram ardınca, Çata bilmirəm
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Gözəl məndən üz döndərmə amandır
Həsrətinlə hər zaman, Həsrətinlə hər zaman
Gözüm qaldı bu yollarda ay ala göz
Ala göz, Ala göz, Ala göz
Gözüm qaldı bu yollarda ay ala göz
Sən dönsən də mən dönmərəm
January 8th, 2007 | Yaz
Ay şöhrətim şanım mənim
Halı pərişanım mənim
Küsüb məndən özgələrdən
Məni soruşanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim
Burazda səbir eylə ey yar mehriban gəlirəm
Sənin yolunda fədadır bu cisim o can gəlirəm
Vəfalı bülbülünəm həsrəti camalınla
Çəmən çiçəkləri tək bağrım oldu qan gəlirəm
Mənə təsəlli verən bir sənin xəyalindir
Özgə bir dilbərə halım dəyər bəyan gəlirəm
Behişt ola qürbət genə cəhənnəmdir
Vətən məhəbbəti vermir mənə aman gəlirəm
Mənim bu halımı Vahid nigara tez yetirin
Unutmasın məni o yarı həmzəban gəlirəm
Sən gizlədib gül üzünü
Gəl qaratma gündüzümü
Söz eyləyib hər sözümü
Küsüb barışanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim
BAĞA GİRDİM ÜZÜMƏ
January 8th, 2007 | Yaz
Bağa girdim üzümə,
Dikən batdı dizimə.
Əyildim çıxartmağa
Yar sataşdı gözümə.
Oğlan heyranın olam,
Oğlan ceyranın olam.
Qalarsan qadan alam,
Gedərsən yola salam.
Su atdım – yara dəydi,
Əlim divara dəydi.
Dilim ağzım qurusun,
Nə dedim – yara dəydi.
Yadıma Sən Düşəndə
January 8th, 2007 | Yaz
Dağlara çən düşəndə
Sünbülə dən düşəndə
Ruhum bədəndə oynar
Yadıma sən düşəndə
Bu qala daşlı qala,
Cınqılı, daşlı qala,
Qorxuram gec gələsən,
Gözlərim yaşlı qala.
Qızıl gül olmayaydı
Saralıb solmayaydı
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı
Bu qala daşlı qala,
Cınqılı, daşlı qala,
Qorxuram gec gələsən,
Gözlərim yaşlı qala
Üzüyümün Qaşı Firuzədəndir
January 8th, 2007 | Yaz
Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün, nədəndir
Yaman gündə dost əlindən bərk yapış
Dünyanın həvəsi keçib gedəndir
Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz vurarıq başa
Bulud gələr, çiskin çilər, çən eylər
Yar yarından ayrı düşsə qəm eylər
Sevgilimdən necə qalım aralı
Bir baxışla qəlbə yüz məlhəm eylər
Sürməli Qız
January 8th, 2007 | Yaz
Sudan gələn sürməli qız(2)
Çox incidir kuzə seni, bala(2)
Ac camalın şölə salır (2)
Gəlməyəsən gözə seni, bala(2)
Kuzəni boynundan aşır
Saçın dabana dolaşır, bala
Nə geysən sənə yaraşır
Gəlməyəsən gözə səni, bala
Kuzə suyu şərbət olar
Bulaq üstə söhbət olar, bala
Mensiz sənə zəhmət olar
Gəlməyəsən gözə səni, bala
Qurban Adına
January 8th, 2007 | Yaz
Qurban adına, bir sal yadına,
Sənin oduna, yandım bilmədin.
Yetər qüssə, qəm, mən seni hərdən
Könlümə həmdəm sandım bilmədin.
Nağarat:
Gərək biləydin, deyib güləydin,
Qurban adına, bir sal yadına,
Senin oduna yandım, bilmədin.
Ellər gözəli, məni sevəni,
Şux gözəlləri, dandım, bilmədin.
Ömrümün gülü, kolumun gülü,
Sevdiyim ili, ay gülüm, andım, bilmədin.
Nədir bu hicran?
Seni hər zaman,
Əziz mehriban, a gülüm, sandım, bilmədim.
Qoy Gülüm Gəlsin Ay Nənə
January 8th, 2007 | Yaz
Mən aşiqəm zirə sən,
Zəfəransan, zirəsən,
O günə qurban olum,
Sən qapıdan girəsən.
Qoy gülüm gəlsin, ay nənə
Qoy yarım gəlsin ay nənə
Qapıda duran oğlana
Bir rəhmin gəlsin, nənə
Qarabağın düzü var,
Düzlərində quzu var,
İki könül bir olsa,
Kimin ona sözü var?
Qoy gülüm gəlsin, ay nənə
Qoy yarım gəlsin ay nənə
Qapıda duran oğlana
Bir rəhmin gəlsin, nənə
Arazam-Kürə bəndəm
Bülbüləm-gülə bəndəm
Dindirməyin, alaram,
Bir şirin dilə bəndəm.
Qoy gülüm gəlsin, ay nənə
Qoy yarım gəlsin ay nənə
Qapıda duran oğlana
Bir rəhmin gəlsin, nənə
Qara Gilə
January 8th, 2007 | Yaz
Gəlmişəm otağına oyadam səni,
Qara gilə, oyadam səni.
Nə gözəl xalq eyləmiş yaradan səni,
Qara gilə, yaradan səni.
Götürüb mən qaçaram aradan səni,
Qara gilə, aradan səni.
Qızıl gül əsdi,
Səbrimi kəsdi,
Sil gözün yaşın, qara gilə,
Ağlama bəs di.
Təbrizin küçələri dolan ba dolan,
Qara gilə dolan ba dolan.
Əyər məni sevmirsən, get ayrı dolan.
Nə mənə qız qəhətdir, nə sənə oğlan,
Qara gilə, nə sənə oğlan.
Ağac olaydım,
Yolda duraydım,
Sən gələn yerə qara gilə,
Kölgə salaydım.
Evimizin qabağı, su gələn arx di,
Qara gilə, su gələn arx di.
Durum çıxım eyvana, yar gələn vaxt di,
Qara gilə, yar gələn vaxt di.
Yarım gəlib çıxmayır, ovqatım təlxdir,
Qara gilə, ovqatım təlxdir.
Dərbənd aralı,
Könlüm yaralı,
Bir yar sevmişəm, qara gilə,
Ellər maralı.
Külək
January 8th, 2007 | Yaz
Yenə payız gəldi qonaqlar kimi
soldu məhəbbətim yarpaqlar kimi
ürək pıçıldayır (2) … dodaqlar kimi (2)
(külək, niyə belə əsirsən külək
niyə ümidimi kəsirsən külək (2))
(Sevgilim görüşə çağırmış məni
Mən necə unudum olub-keçəni (2))
O deyir astaca (2) … sevmirəm seni (2)
(sen niyə sözümü kəsirsən külək
külək, niyə belə əsirsən külək (2))
(O ürək ağrıdı, ürək incitdi
Bir ömrün sevinci mənası bitdi
Sanki o günlərim … (xəyal di getdi(2)
(külək, niyə belə əsirsən külək
niyə ümidimi kəsirsən külək (2…))