Yazaq
Archive for August, 2009
- June 2019|
- May 2019|
- November 2017|
- May 2017|
- January 2017|
- August 2015|
- January 2015|
- December 2014|
- October 2011|
- August 2010|
- May 2010|
- April 2010|
- March 2010|
- January 2010|
- August 2009|
- June 2009|
- May 2009|
- April 2009|
- February 2009|
- January 2009|
- December 2008|
- July 2008|
- June 2008|
- May 2008|
- April 2008|
- March 2008|
- June 2007|
- February 2007|
- January 2007|
Sənsən, sən!
August 17th, 2009 | Yaz
Aylı gecə, sərin külək, göy çəmən,
Dörd yanımız ətir saçan yasəmən.
Ancaq məni heyrətlərə qərq edən,
Nə çəməndir, nə çiçəkdir ñ
Sənsən, sən!
Çiçəklərin yarpağında şeh gəzir,
Tellərində külək gəzir, meh gəzir,
Qəlbimi gah qul eyləyən, gah əsir,
Nə o şehdir, nə o mehdir
Sənsən, sən!
Nəğmə deyir zümzüməli çay səsi,
Nəğmə deyir küləklərin nəfəsi,
Mənim sevgi taleyimin nəğməsi,
Nə o çaydır, nə küləkdir
Sənsən, sən!
Bir ümidlə dövr eləyir bu cahan,
Bir diləyə qovuşmağa atır can.
Mənim həyat yollarıma nur saçan,
Nə ümiddir, nə diləkdir,
Sənsən, sən!
Bir söz axır dodağıma dilimdən,
canan deyib, can bilirəm səni mən,
Gecə-gündüz bu sinəmdə döyünən,
Nə könüldür, nə ürəkdir
Sənsən, sən!
Qəzəl
August 9th, 2009 | Yaz
“Gül fəsli ola baxçada, bir sevgili canan,
Bir ney çalan olsun, mən olam, bir də qəzəlxan”*
Ney səslənə, bülbül də ola onla həm avaz
Saçlar tökülə surətə, könlüm ola viran
Hıcrın qəmin, bülbül oxuya, neylə bərabər
O gül yada salıb, səslənə, ney də neyistan
Bu vəlvələdən rəhmə qəlib, dinləyə yarım
Əsrari şəbi hicrimi o afəti dövran
Yaşar ürəyim də həvəsi, rəhmə gələ o
qalmış bugün aləmdə əgər bir dəli ceyran
* bu beyt Mir Mehdi dən di
Dad Aldı Məni
August 9th, 2009 | Yaz
Gəl, eşqindən yanıram, dad aldi məni,
Ay qız, alovlanıram, yad aldı məni.
Anama yalvarıram, dad aldı məni,
Mən sənin yarın ollam, yad aldı məni
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.
Gecələr ay olaydı, dad aldı məni
Yar yara tay olaydı, yad aldı məni,
Yarın əli əlimdə, dad aldı məni,
Öpüşlər aybolaydı, yad aldı məni.
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.
Ay gözəl, o gün eylər, dad aldı məni,
O gün deyər, o gün eylər, yad aldı məni.
Yar-yara qovuşarsa, dad aldı məni,
Bayramın o gün eyler, yad aldı məni.
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.
Kişmiri şalın ollam, dad aldı məni,
Ağ üzde xalın ollam, yad aldı məni.
Anama yalvarıram, dad aldı məni,
Mən sənin yarın ollam, yad aldı məni
Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.