Archive for February, 2012

Ananın Səsı

February 19th, 2012 | Yaz

Müs: Ələkbər Tagiyev, Söz: Novruz Gəncəli.

Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs dəyilmi, ey insanlar,
Töküldü qan, axdı qan?
Bəs dəyilmi, ana torpaq
Su içdi göz yaşından?

Nəq:
Yer uzunde dostu olsun,
Gerek ınsan ınsanın.
Qəlbimdəki bu arzular,
Arzusudur zamanın.
Mən anayam, bu səsımdə
Yerın, goyun dərdı var,
Sülhə gəlın, ey ınsanlar,
Yoxsa dünya məhv olar.

Sılahları yandırın,
Ərşe qalxsın tustusu.
Hər obada, hər bir eldə,
Qanad açsın sülh sözu.
Üzü gülsün insanların,
Bayram etsin yer uzu.

Nəq: təkrar.

Bayram Axşamlarında

February 19th, 2012 | Yaz

Mus:Ramiz Mirisli, Söz: Fikret qoca.

Yollar elvan boyanar, evlerde arzu yanar,
Gözlərə sevınc qonar bayram axsamlarında. 

Nəq:

Nəğmə olur dalgalar, qış dönüb olar bahar,
Göydən məhəbbət yağar bayram axsamlarında.

Hər tərəf ışıq olur, başqa yaraşıq olur,
Göy yerə aşıq olur bayram axşamlarında. 

Nəq: təkrar.