Archive for November, 2017

Ag Çiçəyim

November 10th, 2017 | Yaz

Səhər çağı, göy meşədən,
dərdi səni ağ çiçək.
Bəyaz bəyaz varaqlara,
sərdi səni ağ çiçək.
Birdən birə ağ əllərdə,
təzələndin ağ çiçək.
Ağ əllərdə elə bil ki,
ağ atəşdin ağ çiçək.
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim

Gördüm səni, bu gün başqa,
Bir çəməndə ağ çiçək.
Ağ əllərin hərarəti
Yoxmu səndə ağ çiçək?
Birdən birə ağ əllərdə
Təzələndin ağ çiçək
Ağ əllərdə elə bil ki
Ağ atəşdin ağ çiçək
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim

Soyuq soyuq, boylanırsan,
soylə nəçün ağ çiçək?
De səndəmi, həsrətlisən
ağ əllər üçün, ağ çiçək.
Birdən birə ağ əllərdə
Təzələndin ağ çiçək
Ağ əllərdə elə bil ki
Ağ atəşdin ağ çiçək
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim

Söz: Nəbi Xəzri
Musiqi:Emin Sabitoğlu




Sevgilim tut əlimdən gedək üzü küləgə

November 10th, 2017 | Yaz

Sevgilim tut əlimdən,
gedək üzü küləyə.
Rahatlıq gəzmirəm mən,
gedək üzü küləyə.

Qoy göynəsin üzümüz,
qoy yaşarsın gözümüz,
bükülməsin dizimiz,
gedək üzü küləyə.

Yollarda daş-kəsək var,
yollarda gül-çiçək var.
Yollarda qar-külək var,
gedək üzü küləyə.

Biz axşamla, səhərlə,
gəl üzləşək hünərlə.
Günlərlə, həftələrlə,
gedək üzü küləyə.

Söz: Əliağa Kürçaylıya
Musiqi: Elza İbrahimovaya





Mətləbim Var Gözəl Pəri

November 6th, 2017 | Yaz

Mətləbim var, gözəl pəri,
Ürəkdə pünhan olmasın.
Şirin sözün, mah camalın,
Ağlımı aldı kamalın.
Mənə göstər ləblərin,
Ləblərin mərcan olmasın.

Mətləbini danış, oğlan,
Ağır otur, ağır dolan,
Mənə özün de,
Sözün düzün de,
Açıb özün de mərdana,
Bu sözümüz, söhbətimiz
Dillərdə dastan olmasın,
Mən bir xəstə, sən bir loğman,
Elə kəs ki, qan olmasın.

Əsiriyəm məhəbbətin,
Nə gecəm var, nə gündüzüm,
Dilbəri sənsən xilqətin,
Sənə qurban bir cüt gözüm,
Söylə görüm, o qamətin
sərvi-xuraman olmasın.

Mən yox desəm, ellər qınar,
Məhəbbətin aləm bilər
Mənə özün de,
Sözün düzün de,
Açıb özün de mərdana,
Bu sözümüz, söhbətimiz
Dillərdə dastan olmasın,
Oğlan, oğlan, söz verginən,
Bu arzular, eşqimiz peyman olmasın.