Yazaq
Dönəmi anlamaq
Ağacda alma
January 1st, 2015 | Yaz
Ağacda alma, dərrəm sataram,
Bir saçı burma hardan taparam?
Ay haray, yar əlindən, o qara tellərindən,
Əqər izin versən, öpərəm gözlərindən.
Bağlarda çicək, dərrəm, sataram,
Bir üzü göyçək hardan taparam?
Ay haray, yar əlindən, o qara tellərindən,
Əqər izin versən, öpərəm gözlərindən.
Bazarda püstə allam sataram,
Bir boyu bəstə hardan taparam.
Ay haray, yar əlindən, o qara tellərindən,
Əqər izin versən, öpərəm gözlərindən.
Leave a Reply