Yazaq

Aman Təklik Əlindən

25 Jan 2007

Hara getdi qəm əldən

Qoymaz səni qəm əldən

Gedir öz canım getsin

Getməsin həmdəm əldən

Aman təklik əlindən

Bidad təklik əlindən

Baş götürüb gedərəm

Bivəfa yar əlindən

Qərənfiləm, dəstəyəm,

Bülbüləm, qəfəsdəyəm,

Gedin deyin yarıma,

Həsrətindən xəstəyəm.

Aman təklik əlindən

Bidad təklik əlindən

Baş götürüb gedərəm

Bivəfa yar əlindən

No comments

Leave a comment