Apardı Sellər Saranı

January 25th, 2007 | Yaz

Gedin deyin Xan çobana

Gəlməsin bu il Mugana

Mugan batıb nahaq qana

 

Apardı sellər Saranı

Bir alagözlü balanı

 

Arpa çayı aşdı-daşdı

Sel Saranı aldı, qaçdı

Alagözlü, qalam qaşlı

 

Apardı sellər Saranı

Bir alagözlü balanı

 

Arpa çayı dərin olmaz

Axar suyu serin olmaz

Sara kimi gelin olmaz

 

Apardı sellər Saranı

Bir alagözlü balanı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *