Arxalığı satacehsən?

March 12th, 2008 | Yaz

On il qabaq deməyim, elə iki il qabaq yuxu da görsəydim ki iki yüzə yaxın öyrənci kilas da oturub mənim bu keçinmə ingilisim ilə dediyim dərsə qulaq asırlar, yuxudan dik atılıb evə zəng açardım. Əlbət soruşursunuz məgər evdə yatmırsan? Niyə evdə yatıram. Amma qürbət də yuxudan dik atılanlar ev deyəndə analarının evlərin deyillər…

Amma nə eləmək olar? Adamın başına gələnlər də elə yuxularında görmədikləri olar…
Bu fikirlər beynimin bir tərəfində ola-ola, beynimin o birisi tərəfinin yardımı ilə dərsi qabağa aparırdım. “When will we have our midterms back?” öyrəncilərin biri soruşdu. Onun vaxtsız və yersiz sözü “Arxalığı satacehsən (satacaqsan)?” sözün yadıma saldı. Mir Möhsünə bir rəhmət göndərib dedim “Ummm…, Wednesday, Hopefully by Wednesday. Let’s cross fingers.” Sözü ki qabaqcadan ağzında çeynəyib eşiyə vermədin, başının bəlası olar.

İndi iki gündür ki şirin canımı bir yerə yığıb, quşbazlığı başdan atıb vərəqə islah eləyirəm. Sonunda da hamısını qurtardım. İndi elə sevinirəm ki elə bir da heç vaxt vərəqə islah eləməyəcəyəm! Elə bir ki heç final imtahan zad da yoxdur.

One Response to “Arxalığı satacehsən?”

  1. Nazia says:

    Men uzumu Kutluk Kagana yonelderek demek isytkiremii Cenab Kutluk bey. Heqiqeten sen bir terefli daniwirsan. Cunki, Esl turk dili ele Azerbaycan dilinin kendisidir. Indiki turk dilini cox modernlewtirmiwler. sizin xas bir diliniz qalmamiwdir aslinda. siz deqiq bilmelisinizki, heqiqeten esl turk dili bizim dilimizdir. Birdeki eger farslardan bize sozler kecmiwdirse bunun pis bir yonu yoxdur. Gozel ve deyerli sozlukleri kendimiz icin gotururukse bu dili deyiwmek yox, dili zenginlewdirmekdir.

    [Reply]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *