Archive for the ‘Bu Dönəm’ Category

Bir röyam var – Martin Luther King

April 5th, 2008 | Yaz

Bu gün sizə deyirəm ki, dostlarım, bu anın gətirdiyi çətinliklərə baxmayaraq, mənim bir röyam var. Amerika röyasına dərindən kök salmış bir röyadır bu.
Bir röyam var. Gün gələcək, bu ulus ayağa qalxıb öz inancını gərçək anlamı ilə yaşayacaq. “Buna özü-özün açıqlayan bir gərçək kimi inanırıq ki, bütün insanlar müsavı yaradılmışlar.”
Bir röyam var. Gün gələcək, əski kölələrin uşaqları ilə əski kölə saxlayanların uşaqları, Georgia’nın qızıl təpələrində qardaşlıq süfrəsinə birlikdə oturacaqlar.
Bir röyam var. Gün gələcək, hətta Mississippi əyaləti də, ədalətsizlik və zülm otunda yanıb alovlanan o əyalət də, bir azadlıq və ədalət vahəsinə dönəcək.
Bir röyam var. Gün gələcək, dörd küçük uşağım, dərilərinin rənginə görə yox, xarakterlərinə görə dəyərləndirildikləri bir ölkədə yaşayacaqlar.
Bu gün bir röyam var mənim. Bir röyam var. Gün gələcək, Alabama əyaləti, valisinin ağzından tez-tez müdaxilə etmə və izin verməmə sözləri tökülən o əyalət, kiçik qara oğlanlarla kiçik qara qızlara, kiçik ağ oğlanlar və kiçik ağ qızlarla əl-ələ tutub qardaş kimi birlikdə yeriyən bir yerə dönəcək.
Bu gün bir röyam var mənim. Bir röyam var. Gün gələcək, bütün dərələr qovzanıb bütün təpələr və dağlar alçalacaq, kələ-kötür yerlər düzlük edilib əyri-üyrü yerlər düzləşdiriləcəklər və Allahın şanı yer üzündə yenib, bütün canlılar birlikdə onu görəcəklər.
Bizim ümidimizdir. Güneyə döndüyümdə içimdə daşıyacağım inancdır.
Bu inanca görə ümidsizlik dağını yonub bir ümid daşı yaradacağıq. Ulusumuzu saran ahəngsiz bağırtıları, bu inanc ilə gözəl bir qardaşlıq simfoniyasına döndərəcəyik. Bu inanc kölgəsində bir gün azad olacağımıza inanıb, bir yerdə çalışıb, bir yerdə dua eliyib, bir yerdə çarpışıb, birlikdə həbsə düşüb, azadlıq için birlikdə ayağa qalxacağıq.
O gün Allahın bütün qulları, yeni bir anlam ilə oxuya biləcəklər:

Mənim ölkəm, sənin ölkən
Azadlığın gözəl yurdu,
Sənə oxuyuram:
Bura Atalarımın öldüyü torpağı,
Şəhidlərin qüruru olan torpaq,
Hər bir dağın yamacından,
Azadlıq cingildəyəcək.

Və əgər Amerika bir böyük ulus olmalıdır, bu gərək olsun. Və göy azadlıq New Hampshirein uca dağından səslənsin.
New Yorkun əzəmətli dağlarından səslənsin.
Pennsylvanianin dağlarından.
Coloradonun qar basmış dağlarından.
Californianin əyri yamaclarından.
Tək oradan yox,
Georgianın qayalarından.
Tennesseenin görməli dağlarından.
Mississippinin hər dağ və təpəsindən.
Qoy hər dağlıqdan azadlıq cingildəsin.

Bunlar olandan sora, biz azadlığın səslənməsinə izin verəndən sora; hər kəndidən və obadan, hər əyalətdən və şəhərdən azadlığın cingildəməsinə yol verəndən sora, o gün yaxınlada biləciyik ki o gün Allahın bütün qulları, qara-dərililər və ağlar, Yəhudilər, xristianlar, protestantlar və katoliklər, əl-ələ tutub qara-dərililərin əski bir mənəvi oxumaqların söyləyəcəklər:

Sonunda azadıq! Sonunda azadıq!
Şükürlər olsun Tanrım!
Sonunda hamımız azadıq!

Başlayış

March 8th, 2008 | Yaz

Səssiz bir gecə də, şaxda dərini təkcə yox sümüyü də donduranda otun qırağında biri-birimizə dayanıb ot və ot da yananlara baxırdıq. Mən təkcə ot a yox, ota baxanların birinə de çox gözüm satışırdı. Onun titrəməsi də məni üşüdürdü. Ayağa qaxdım, ona tərəf gedib kürəyimin üstündəki ayı dərisini onun üstünə saldım. Gözlərimə baxdı.

Bir gözəl köhül qazırdım. Gecəni də orda qalırdım. Axşam köhülün önündə ötürmüşdüm və günəşin lətif istisi ilə yumşaq sərini məni ən sevdiyim istilikdə saxlamışdılar. Bir neçə tanış uzaqlarda gedirdilər. Adların harayladım. Əllərin tərpətdilər.

Evimin önündə oturmuşdum. Əlimdəki çöp ilə arxın qırağındakı yumşaq torpaq da yazıb-pozurdum. O da mənim yazdıqlarıma baxırdı. Gahdan da mən yazanları əlindəki çöp ilə cızıqlayıb qaqqıldayaraq tez yerindən qalxıb qaçırdı. Mənim başım yenidən qarışan zaman, qayıdıb genə işin başlayırdı.

Pilə üstə ötürüb əlimdəki kitabı vərəqləyirdim. Mən kitabı o da məni vərəqləyirdi. Şəhərdə bu kitabdan iki adamda var idi, biri mən birdə ki mənə bu kitabı verən də. Məndə ki kitab əlimdə, onda ki kitabdan bizim xəbərimiz yox idi. Onun özündən də xəbərimiz yox idi. Yalnız bilirdik ki tutulub. Mən də gərək tez kitabı oxuyub dostuma verəm.

Özümü axşam basabasından qurtarıb, evə yetirdim. kompüteri yandırıb, bir neçə sayta göz dolandırıb, bir neçəsinə də öz görüşümü yazdım. Bir neçə nəfər də mənə görüşlərin yazmışdılar.

Düzdür ki bundan sora necə olduğunu mən bilmirəm, amma buna da inanıram ki bu nağıl burda sona çatmır. Hər bir yenilik, Hər bir deşilmə bizim biri-birimizlə əlaqə bağlamaqda, tez ya gec, bir yeni dönəm bizim yaşayışımızda olur. Hər yeni dönəmi hiss eləyib və anlamaq köhnə yolları getmək kimi bizə zor gələr. Yalnız yeni yaşayışa alışan dan sonra öncə dən işlətdiyimiz yollar bizə qərib görünərlər.