Archive for the ‘Musiqi’ Category

Olmaz olmaz, deyirsən…

October 4th, 2011 | Yaz

Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar.
Deyəndə ki, gəl qayıqla üzək yar,
Çatıb qara qaşlarını nədən sən,
Olmaz-olmaz, Olmaz-olmaz, deyirsən?

Ay ucalır gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı,
Üşüyürsən, bir yaxına gəl barı,
Qəzəblənib alovdan don geyirsən,
Olmaz-olmaz, Olmaz-olmaz, deyirsən?

Sübh şəfəqi boyayanda aləmi,
Töküləndə çiçəklərin şəbnəmi,
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərini əlimdən,
Olmaz-olmaz, Olmaz-olmaz, deyirsən?

Qaçax Nəbi

May 16th, 2010 | Yaz

Dur qəfəs qapısın bir açax, Nəbi
Bu sınıx qanadla bir uçaq, Nəbi
Gecəli qoy aşaq bu dağdan-daşdan
Zindanı qazmışam, dur qaçaq Nəbi!

Vətəndən doymuşam, məni qınama,
Dur gedək, bu xalqı artıq sınama,
Dur görüm, bu agac bənzir anama,
Telindən qoy qırım bir saçax, Nəbi!

Haralı olmalı, bilə bilmədik,
Ləkəsin bu qanın silə bilmədik,
Bir də biz bu yerə gələ bilmədik,
Arazın suyundan bir dadax, Nebi!

Qazamat istidi, yata bilmisən,
Analar beşiyin sata bilmisən,
Öz ata yurdunu ata bilmisən
Qeyrətin qurbanı, ay qoçax, Nəbi !

On beş il gavurun zülmünə dözdün,
Hər nəqşə çəkdisə, nəqşəsin pozdun
Şimdi ki, obadan, eldən əl üzdün,
Qəm yükün çatmişam, dur köçax,Nəbi!

Dördbir dövrəmizi saldatlar aldı
Qalalar ucaldı, qaranlıq saldı,
Zindanın işiqsız, günəşsiz qaldı,
Hümmətin ucadır, dam alçax, Nəbi!

Bir kəsin qalmayıb yaru yoldaşdan,
Qalsada fayşadır, doymaz oynaşadan,
Gecəli aşmalı bu dağdan, daşdan,
Zindanı qazmışam, dur qaçax, Nəbi!

Dedin bəs vətən də sabiq vətəndir,
Gördün ki, dostun yox, hepsi düşməndir,
Vətəndən qalan bir quru kövşəndir,
Ondan da əl çəkib vaz keçax, Nəbi!

Çöllərdə çəkmişdim vətən zillətin,
Gərəkmiş ozündə çəkim qürbətin,
Qırardım vətənin ipin,ülfətin,
Cigərdən ayrılmır bir picax, Nəbi!

Ey Gözəl Pəri – Aygun Baylar

March 6th, 2010 | Yaz

Ey gözəl pəri,
Getmə gəl bəri
Gəlməsən əgər
Ollam sər səri

Hər bağı gəzib dolandım
Görmədim səni, görmədim səni

Tək səni annam, a gülüm!
Öo tutub yannam, ay aman!

Dad Aldı Məni

August 9th, 2009 | Yaz

Gəl, eşqindən yanıram, dad aldi məni,
Ay qız, alovlanıram, yad aldı məni.
Anama yalvarıram, dad aldı məni,
Mən sənin yarın ollam, yad aldı məni

Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.

Gecələr ay olaydı, dad aldı məni
Yar yara tay olaydı, yad aldı məni,
Yarın əli əlimdə, dad aldı məni,
Öpüşlər aybolaydı, yad aldı məni.

Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.

Ay gözəl, o gün eylər, dad aldı məni,
O gün deyər, o gün eylər, yad aldı məni.
Yar-yara qovuşarsa, dad aldı məni,
Bayramın o gün eyler, yad aldı məni.

Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.

Kişmiri şalın ollam, dad aldı məni,
Ağ üzde xalın ollam, yad aldı məni.
Anama yalvarıram, dad aldı məni,
Mən sənin yarın ollam, yad aldı məni

Dad ey, dad ey, dad ey, dad ey,
Dad aldı məni,
Almadı qonum-qonşu,
Yad aldı məni.

Qubalı Qız

May 24th, 2009 | Yaz

Şah dağından əsən küləh saçlarını darasın,
Səni sevən Qudyalçayın sahilində arasın.
Dilin ana torpağının meyvəsindən şirindir,
Məhəbbətin ürəyimdə dəryalardan dərindir.
Nəqarat
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Vətənimin bəzəyisən, qubalı qız, qubalı.

Nəfəsindən duyuram mən çiçəklərin ətrini,
Bu dünyada mənim kimi bilən hanı qədrini?!
Şöhrətini ulduzlara, aya, günə yazmışam,
Surətini ürəyimin duvarından asmışam.

Nəqərat
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Vətənimin bəzəyisən, qubalı qız, qubalı.

Xəzan bilməz ömrümüzün bu mənalı çağında
Gül, həmişə bahar gülsün eşqimizin bağında.
Qoy səslənsin gecə-gündüz mənim ürək tellərim,
Ağ göyərçin əllərindən ayrılmasın əllərim.

Nəqərat
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Vətənimin bəzəyisən, qubalı qız, qubalı.

Besame Mucho – Çox öp məni

May 22nd, 2008 | Yaz

“Besame Mucho” məşhur bir Meksikalı mahnıdır. Bu gözəl mahnını Consuelo Velázquez 1940 da yanı 16 yaşı olmamışdan qoşmuşdur. “Besame Mucho” yanı “Çox öp məni”.

Oxumağın sözləri ispan dilində:
(more…)