Archive for the ‘Yaşam’ Category

Boşluq

April 3rd, 2010 | Yaz

Yazı yazanda boşluq buraxmalıyıq. Boşluq olmasa yazı oxunulmaz. Maşını da saxlayanda boşluq buraxmalıyıq. Çox yerlərdə boşluq buraxmalıyıq. İki boşluqun arasında necə? Məncə yox. İki boşluq arasında boşluq buraxsaq, elə hamısı bir boşluq kimin görsənər. Görsənər? Kimin gözündə görsənər? Elə ona görədə, iki boşluq arasında olan boşluq görünə bilər.

Gözlərim Nəyi Görsün?

May 9th, 2008 | Yaz

Gözlərimlə bir gün danışdım.
Ondan istədim gözəllikləri görsün.

Baharda açılan qönçələri,
payızda saralan yarpaqları görsün.

Ürək şadlandıran ürəkləri
gülər üz insanları görsün.

Gizlin süzülən gözləri
sevgiyə dəyər verənləri görsün.

Yaşamı yaşadanları
yaşamaq yaradan əlləri görsün.

Ağzı-gözü toxları
ac ağızları doğuranları görsün.

Özlərini tanıyanları
məni özümə tanıtdıranları görsün.

Ürəklərindən küsülü olmayan
barışıq yayan nəfəsləri görsün.