Posts Tagged ‘Ələkbər Ziyatay’

Azərbaycanım Mənim – Ələkbər Ziyatay

May 31st, 2017 | Yaz

Bəxtimin günəşidir,
Bəxtimə doğan günəş.
Qəlbimin atəşidir,
Qəlbimdən axan atəş.

Güllər-çiçəklər açır,
Qoynunda saf niyyətin.
Sənin səadətindən,
Yaranmış səadətim.

Fəxrim, eşqim, həyatım,
Şöhrətim, şanım mənim!
Sənsiz anılmaz adım,
Azərbaycanım mənim!

Nəfəsim səhər mehin,
Nəğməmdir küləklərin.
Şe’rimin bəndləridir,
Qanadlı diləklərin.

Köksündür seyrangahı
Fikrimin, xəyalımın.
Tutduğun dostluq yolu,
Yoludur iqbalımın.

Fəxrim, eşqim, həyatım,
Şöhrətim, şanım mənim.
Sənsiz anılmaz adım,
Azərbaycanım mənim!