Yazaq
Dönəmi anlamaq
Posts Tagged ‘külək’
Sevgilim tut əlimdən gedək üzü küləgə
November 10th, 2017 | Yaz
Sevgilim tut əlimdən,
gedək üzü küləyə.
Rahatlıq gəzmirəm mən,
gedək üzü küləyə.
Qoy göynəsin üzümüz,
qoy yaşarsın gözümüz,
bükülməsin dizimiz,
gedək üzü küləyə.
Yollarda daş-kəsək var,
yollarda gül-çiçək var.
Yollarda qar-külək var,
gedək üzü küləyə.
Biz axşamla, səhərlə,
gəl üzləşək hünərlə.
Günlərlə, həftələrlə,
gedək üzü küləyə.
Söz: Əliağa Kürçaylıya
Musiqi: Elza İbrahimovaya