Posts Tagged ‘Nəzakət Teymurova’

Dilbərim

January 1st, 2015 | Yaz

Bu dağda ceyran gəzər
Əl, ayağın daş əzər
Bu dağda ceyran gəzər
Əl, ayağın daş əzər
Mən yara neyləmişəm
Yar məndən kənar gəzər.
Mən yara neyləmişəm
Yar məndən kənar gəzər.
Dilbərim, dibərim
Gəl gəl ahu balası
Uca daglar arası.
Dilbərim, dibərim
Gəl gəl ahu balası
Uca daglar arası.

Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz
Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz
Bağda quzu mələsə
Bil ki, o mənəm sənsiz.
Bağda quzu mələsə
Bil ki, o mənəm sənsiz.
Tərlanım, ceyranım
Gəl gəl ahu balası
Uca daglar arası.
Tərlanım, ceyranım
Gəl gəl ahu balası
Uca daglar arası.
Uca daglar arası.
Uca daglar arası.