Posts Tagged ‘Oxumaq Sözləri’

Azərbaycanım Mənim – Ələkbər Ziyatay

May 31st, 2017 | Yaz

Bəxtimin günəşidir,
Bəxtimə doğan günəş.
Qəlbimin atəşidir,
Qəlbimdən axan atəş.

Güllər-çiçəklər açır,
Qoynunda saf niyyətin.
Sənin səadətindən,
Yaranmış səadətim.

Fəxrim, eşqim, həyatım,
Şöhrətim, şanım mənim!
Sənsiz anılmaz adım,
Azərbaycanım mənim!

Nəfəsim səhər mehin,
Nəğməmdir küləklərin.
Şe’rimin bəndləridir,
Qanadlı diləklərin.

Köksündür seyrangahı
Fikrimin, xəyalımın.
Tutduğun dostluq yolu,
Yoludur iqbalımın.

Fəxrim, eşqim, həyatım,
Şöhrətim, şanım mənim.
Sənsiz anılmaz adım,
Azərbaycanım mənim!

Besame Mucho – Çox öp məni

May 22nd, 2008 | Yaz

“Besame Mucho” məşhur bir Meksikalı mahnıdır. Bu gözəl mahnını Consuelo Velázquez 1940 da yanı 16 yaşı olmamışdan qoşmuşdur. “Besame Mucho” yanı “Çox öp məni”.

Oxumağın sözləri ispan dilində:
(more…)

Bu dağda maral gəzər

March 19th, 2008 | Yaz

Bu dağda maral gəzər
Telini darar gəzər
Man yarıma neylədim ay gülüm / balam
Yar məndən kənar gəzər

Dağlarda çiçək ay Güləbatın
Hamıdan göyçək ay Güləbatın
Doldur ver içək ay Güləbatın
Heeeey…

Əzizim od yandırmaz
Yar səni od yandırmaz
Elə ki sən yandırdın ay gülüm / gözəl
Heç vədə od yandırmaz

Dağlarda çiçək ay Güləbatın
Hamıdan göyçək ay Güləbatın
Doldur ver içək ay Güləbatın
Heeeey…

Əzizim gözlərinə
Sürmə çək gözlərinə
Özüm özünə qurban ay gözəl
Gözlərim gözlərinə

Dağlarda çiçək ay Güləbatın
Hamıdan göyçək ay Güləbatın
Doldur ver içək ay Güləbatın
Heeeey…

Papirosum yana-yana
Od düşdü şirin cana
Qorxuram qoyub gedəm ay ceyran
Qalasan yana-yana

Dağlarda çiçək ay Güləbatın
Hamıdan göyçək ay Güləbatın
Doldur ver içək ay Güləbatın
Heeeey…

Badamlı

June 22nd, 2007 | Yaz

Badamlı, nə sərin
Badamlı, nə şirin
Badamlı, dadı var
Badamlı, adı var
Dərdlərin dərmanı,
Belə su de hanı?
Axtar, dolan bu dünyanı

Badamlı, qazı var
Onun da bazı var.
Sezonu yaz olur,
Heyif ki, az olur.
Çox olur şöhrəti,
Xoş sözü, söhbəti
Gəzir eli onun şanı
Bəh-bəh nə gözəl suyu var
bizim Azərbaycanın.
İç onu ürəyin qoy sərin olsun.
İç onu ürəyin qoy sərin olsun.

Badamlı, lal axır
Badamlı, qol axır
Bulaqdan su çıxır
Deyirsən bal axır.
Dərdlərin dərmanı
Belə su de hanı?
Axtar, dolan bu dünyanı

Badamlı məzəli,
Süfrələr gözəli
Şüşəsi, qədəhi
Əlbə əl gəzəli
Çox olur şöhrəti,
Xoş sözü, söhbəti.
Gəzir eli onun şanı
Bəh-bəh nə gözəl suyu var
Bizim Azərbaycanın.
İç onu ürəyin qoy sərin olsun.
İç onu ürəyin qoy sərin olsun.

Badamlı, nə sərin
Badamlı, nə şirin
Badamlı, dadı var
Badamlı, adı var
Dərdlərin dərmanı,
Belə su de hanı?
Gəzir eli sənin şanın
Badamlı! Badam-badam-
Badam-badamlı!

Naçaram ay naçaram

February 1st, 2007 | Yaz

Əzizinəm dolan gəl

Gülüm dərdə dolan gəl

Əzizinəm dolan gəl

Gülüm dərdə dolan gəl

Namərdə boyun əymə,

get qürbətdə dolan gəl.

Namərdə boyun əymə,

get qürbətdə dolan gəl.

Naçaram ay naçaram,

bağlı qapı açaram,

Yar gözü yaşla görsəm,

baş götürüb qaçaram.

Yar gözü yaşla görsəm,

baş götürüb qaçaram.

Dolanar keçər zaman,

Fələk vermir bir aman,

Dolanar keçər zaman,

Fələk vermir bir aman,

Nə dostda etibar var,

Nə yarda əhdi peyman

Nə dostda etibar var,

Nə yarda əhdi peyman

Naçaram ay naçaram,

bağlı qapı açaram,

Yar gözü yaşla görsəm,

baş götürüb qaçaram.

Yar gözü yaşla görsəm,

baş götürüb qaçaram.

Naçaram ay naçaram,

bağlı qapı açaram,

Yar gözü yaşla görsəm,

baş götürüb qaçaram.

Yar gözü yaşla görsəm,

baş götürüb qaçaram.

Azərbaycanım!

January 25th, 2007 | Yaz

Özün kimi vüqarlıdır uca dağların,

Hüsnünə bir yaraşıqdır yaşıl bağların,

Bizimlə bir başlamışdır gözəl çağların.

Yurdum, yuvam, məskənimsən, Azərbaycanım,

Anam doğma vətənimsən, Azərbaycanım!

 

El bilir ki, tükənməyən sərvətin vardır,

Sinən üstü ağ pambıqlı göy tarlalardır,

Buruqların göy Xəzərdə qatar qatardır,

Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.

Anam doğma vətənimsən, Azərbaycanım.

 

Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.

Anam doğma vətənimsən, Azərbaycanım.

 

Hey! Hey! Azərbaycanım ….

 

 

 

 

Küçələrə Su Səpmişəm

January 24th, 2007 | Yaz

Küçələrə su səpmişəm (2),

yar gələndə toz olmasın (2)

elə gəlsin, elə getsin (2),

aramızda söz olmasın (2)

Samovara od salmışam (2)

Stəkan a qənd salmışam (2)

Yarım gedib tək qalmışam (2)

Nə əzizdir yarın canı (2)

Nə şirindir yarın canı (2)

Küçələrə su səpmişəm (2),

yar gələndə toz olmasın (2)

Küçələrə su səpmişəm,

yar gələndə toz olmasın (2)

Qurban Adına

January 8th, 2007 | Yaz

Qurban adına, bir sal yadına,

Sənin oduna, yandım bilmədin.

Yetər qüssə, qəm, mən seni hərdən

Könlümə həmdəm sandım bilmədin.

Nağarat:

Gərək biləydin, deyib güləydin,

Qurban adına, bir sal yadına,

Senin oduna yandım, bilmədin.

Ellər gözəli, məni sevəni,

Şux gözəlləri, dandım, bilmədin.

Ömrümün gülü, kolumun gülü,

Sevdiyim ili, ay gülüm, andım, bilmədin.

Nədir bu hicran?

Seni hər zaman,

Əziz mehriban, a gülüm, sandım, bilmədim.

Bülbüllər Oxur

January 8th, 2007 | Yaz

Bülbüllər oxur, çəh çəh edir bağda gül üstə,

Ay oğlan boyu bəstə, gəl əyləş çəmən üstə,

Sən məndən öpüş istə, mən deyim gözüm üstə.

Altında boz at, çiynində tüfəng, əlində tatarı,

Ay oğlan səni tanrı, dolan gəl bizə sarı,

Gedərsən yola salam, qalarsan qadan alam,

Pəh-pəh nə gözəl candır, məgər sərvi rəvandır,

Gözləri xumar, kirpiyi ox, qaşı kəman dir

Ay qiz, öldüm amandır, məni başa dolandır,

Üzün qoy üzüm üstə, ürəyim dolu qandır.

Bəri Bax

January 8th, 2007 | Yaz

Pəncərənin milləri, ay bəri bax bəri bax

Açıb qızıl gülləri, ay bəri bax bəri bax

Oğlanı yoldan eylər, ay bəri bax bəri bax

Qızın şirin dilləri, ay bəri bax bəri bax

Pəncərədən daş gəlir, ay bəri bax bəri bax

Xumar gözdən yaş gəlir, ay bəri bax bəri bax

Səni mənə versələr, ay bəri bax bəri bax

Hər görənə xoş gəlir, ay bəri bax bəri bax

Pəncərəni bağlama, ay bəri bax bəri bax

Mən gedirəm ağlama, ay bəri bax bəri bax

Gedib yenə gələrəm, ay bəri bax bəri bax

Özgəyə bel bağlama, ay bəri bax bəri bax