Yazaq
Posts Tagged ‘Oxuyan: Fidan Hacıyeva’
Aman ovçu
January 16th, 2007 | Yaz
Aman ovçu, vurma məni,
Mən bu dağın, ay balam, maralıyam,
Aman ovçu, vurma məni,
Mən bu dağın, ay balam, maralıyam,
Maralıyam, həm yaralı,
Ovçu əlindən, ay balam, yaralıyam
Maralıyam, həm yaralı,
Ovçu əlindən, ay balam, yaralıyam
Bu dağlarda, maral gəzər,
Ayaqların, ay balam, daşlar əzər
Bu dağlarda, maral gəzər,
Ayaqların, ay balam, daşlar əzər
Mən yarıma neyləmişəm?
Yarım məndən, ay balam, kənar gəzər
Mən yarıma neyləmişəm?
Yarım məndən, ay balam, kənar gəzər
Sarı gəlin
January 16th, 2007 | Yaz
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Söhbətim sazım
January 16th, 2007 | Yaz
Su atıb döndüm evə
Sən yola düşdün,
Su atıb döndüm evə
Sən yola düşdün,
Tez qayıdıb gələrəm
Gözlədim, içdim,
Gözlədim, içdim
Söhbətim sazım,
Baharım, yazım
Söhbətim sazım,
Baharım, yazım
Tez qayıt, ürəyimdə
Qalmasın arzum
Qalmasın arzum
Evimiz, Eyvanımız,
Olmasın sənsiz
Evimiz, Eyvanımız,
Olmasın sənsiz
Tez qayıt, gülərimiz
Solmasın sənsiz,
Solmasın sənsiz
Söhbətim sazım,
Baharım, yazım
Söhbətim sazım,
Baharım, yazım
Tez qayıt, ürəyimdə
Qalmasın arzum
Qalmasın arzum
Bu Gecə
January 8th, 2007 | Yaz
Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə
Qəlbimdə körpə quzu tək bir umman var, bu gecə
Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?
Araz axma desəm mən, inan, axmaz bu gecə
Şimşəyə çaxma desəm mən, inan, çaxmaz bu gecə
Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?