Yazaq
Posts Tagged ‘Oxuyan: Lütfiyar İmanov’
Üzüyümün Qaşı Firuzədəndir
January 8th, 2007 | Yaz
Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün, nədəndir
Yaman gündə dost əlindən bərk yapış
Dünyanın həvəsi keçib gedəndir
Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz vurarıq başa
Bulud gələr, çiskin çilər, çən eylər
Yar yarından ayrı düşsə qəm eylər
Sevgilimdən necə qalım aralı
Bir baxışla qəlbə yüz məlhəm eylər
Bu Gecə
January 8th, 2007 | Yaz
Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə
Qəlbimdə körpə quzu tək bir umman var, bu gecə
Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?
Araz axma desəm mən, inan, axmaz bu gecə
Şimşəyə çaxma desəm mən, inan, çaxmaz bu gecə
Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?
Gözəlim Sənsən
January 8th, 2007 | Yaz
Gözəlim sənsən,
Qəlbimin tacı,
Gözümün nuru,
Dərdim əlacı.
Uca dağ başında
Ceyran yol eylər.
Ureyin başında
Tikan kol eylər.
Örpəyin sari
Gel mənə sari.
Tikanı yox eylə
Yaramı sari.
Yaralıyam dəymə,
Dəymə dəymə dəymə
Könlümün budağın əymə!
Əymə əymə