Yazaq
Posts Tagged ‘Oxuyan: Rəşid Behbudov’
Azərbaycanım!
January 25th, 2007 | Yaz
Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların.
Yurdum, yuvam, məskənimsən, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım!
El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı göy tarlalardır,
Buruqların göy Xəzərdə qatar qatardır,
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım.
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım.
Hey! Hey! Azərbaycanım ….
Küçələrə Su Səpmişəm
January 24th, 2007 | Yaz
Küçələrə su səpmişəm (2),
yar gələndə toz olmasın (2)
elə gəlsin, elə getsin (2),
aramızda söz olmasın (2)
Samovara od salmışam (2)
Stəkan a qənd salmışam (2)
Yarım gedib tək qalmışam (2)
Nə əzizdir yarın canı (2)
Nə şirindir yarın canı (2)
Küçələrə su səpmişəm (2),
yar gələndə toz olmasın (2)
Küçələrə su səpmişəm,
yar gələndə toz olmasın (2)
Qoy Gülüm Gəlsin Ay Nənə
January 8th, 2007 | Yaz
Mən aşiqəm zirə sən,
Zəfəransan, zirəsən,
O günə qurban olum,
Sən qapıdan girəsən.
Qoy gülüm gəlsin, ay nənə
Qoy yarım gəlsin ay nənə
Qapıda duran oğlana
Bir rəhmin gəlsin, nənə
Qarabağın düzü var,
Düzlərində quzu var,
İki könül bir olsa,
Kimin ona sözü var?
Qoy gülüm gəlsin, ay nənə
Qoy yarım gəlsin ay nənə
Qapıda duran oğlana
Bir rəhmin gəlsin, nənə
Arazam-Kürə bəndəm
Bülbüləm-gülə bəndəm
Dindirməyin, alaram,
Bir şirin dilə bəndəm.
Qoy gülüm gəlsin, ay nənə
Qoy yarım gəlsin ay nənə
Qapıda duran oğlana
Bir rəhmin gəlsin, nənə
Nizami
January 8th, 2007 | Yaz
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləm də sənin şəninə şayan.
Gel eylə nəvaziş, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki Könül haradadır? Aldım bu cavabı:
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.
“Rəhm eylə” deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə oynama, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahı – taban?