Posts Tagged ‘Şe’r’

Qəzəl

August 9th, 2009 | Yaz

“Gül fəsli ola baxçada, bir sevgili canan,
Bir ney çalan olsun, mən olam, bir də qəzəlxan”*

Ney səslənə, bülbül də ola onla həm avaz
Saçlar tökülə surətə, könlüm ola viran

Hıcrın qəmin, bülbül oxuya, neylə bərabər
O gül yada salıb, səslənə, ney də neyistan

Bu vəlvələdən rəhmə qəlib, dinləyə yarım
Əsrari şəbi hicrimi o afəti dövran

Yaşar ürəyim də həvəsi, rəhmə gələ o
qalmış bugün aləmdə əgər bir dəli ceyran

* bu beyt Mir Mehdi dən di

Sənə Nə?!

December 28th, 2008 | Yaz

Zahida mən çəkərəm yara məlamət sənə nə?
Könlüm istir eyləyim kama məhəbbət sənə nə?

Sən əgər sahibi ecaz dəyirsən mənə nə?
Mən günəhkarəm əgər sahibi zillət sənə nə?

Mənə nə məscid-o mehrabidə keçir ovqatin?
Qalmışam meyxana küncündə sukunət sənə nə?

Gecə gündüz başını tapta yerə, dur, otur
Dəyirəm əhli təzahurli ibadət sənə nə?

Ağzını bağla yemə, içmə, oruc tut mənə nə
Mən əgər olmamışam əhli qənaət sənə nə?

Sən hər il kəbəyə get yüz dəfə ehram bağla
İftixarımdı mənim xalqıma xidmət sənə nə?

Min kələh vur açasan bəlkə beheştin qapısın
Sən olan yerdə yapışmaz mənə cənnət sənə nə?

Alti dang baği cinan huriyi qilman da sənin
Raziyam hər nə yazıb anıma qismət sənə nə?

Sən get öz fikrinə qal, məndə bilim öz əməlim;
Davər allah dur əgər ruzi qiyamət sənə nə?

Yalqız (Məcid Səbbaq)

Gözlərim Nəyi Görsün?

May 9th, 2008 | Yaz

Gözlərimlə bir gün danışdım.
Ondan istədim gözəllikləri görsün.

Baharda açılan qönçələri,
payızda saralan yarpaqları görsün.

Ürək şadlandıran ürəkləri
gülər üz insanları görsün.

Gizlin süzülən gözləri
sevgiyə dəyər verənləri görsün.

Yaşamı yaşadanları
yaşamaq yaradan əlləri görsün.

Ağzı-gözü toxları
ac ağızları doğuranları görsün.

Özlərini tanıyanları
məni özümə tanıtdıranları görsün.

Ürəklərindən küsülü olmayan
barışıq yayan nəfəsləri görsün.