Posts Tagged ‘Zivər Ağayeva’

Yaşa Mənim Xalqım!

May 29th, 2019 | Yaz

Canımızla bağlıyıq
Bu torpağa bu elə
Sığalanıb dağ kimi
Gəlun verək əl ələ
Gəl bacı gəl qardaşım
Bir olaq yumruq olaq
Sinəsi dağlanmasın
Bölünməsin bu torpaq
Yaşa yaşa yaşa mənim xalqım
Yaşa yaşa yaşa Azərbaycan

Ölsə yada əyilməz
Düşsə dara çətinə
Bu vüqarlı xalqımın
Qurbanam qeyrətinə
Türkün qolu bükülməz
Türkün gücü tükənməz
Bir kərə qalxan bayraq
Bir daha yerə enməz
Azərbaycan əyilməz
Azərbaycan bölünməz
Bir kərə qalxan bayraq
Bir daha yerə enməz
Yaşa yaşa yaşa mənim xalqım
Yaşa yaşa yaşa Azərbaycan

Musiqi: Rauf Məmmədov
Söz: Zivər Ağayeva