Bir film dünyanı dəyişə bilər?

March 17th, 2008 | Yaz

Bəyə də Clark Gable`in lüt əksindən başladı. 1934 də göstərilib baxanları şok eləyən “Bir gecə üz verdi” filmində, Clark köynəyin düymələrin açıb sinəsinə görsətdi. Can köynəyi yoxudu. Deyilir ki o il Amerika da can köynəyinin satışı 100 də 75 əskildi! Əgər Clark`ın sinəsi o cur geniş mədəni təsiri olsa, onda filmlər yalnız bir passiv əyləncə vəsiləsi yox bəlkə tamaşaçılarda o qədər əsər buraxar ki davranışların dəyişə bilərlər. Əgər bir film can köynəyin canlardan çıxarda bilər, niyə savaşı, yoxsulluğu, qlobal hava qızışması, işgəncə, yağlanma və zir-zibil postları aradan götürə bilməz?

Getdikcə Holywood öz gücünü mədəni mühəndislikdə üzə çəkir.

2004 də göstərilən “Super size me (məni şişirt)” filmində Morgan Spurlock 30 günə can gündə yalnız bir McDonald yeməklə qarın çıxartdı. Onun əsərin silmək üçün McDonald menyusunu dəyişib salat i ona artırıb yeməklərin şişirtməyə son qoydu. Baxmayaraq ki deyildi ki filmdən öncədən o planlar tökülmüşdür.

Blood Diamond (Qanlı Almas) 2006 də göstəriləndən sora, Almas sənətçiləri müştərilərinə davasız istehsal olunmuş Almaslar ilə tanışdırmağa başladı.

An Inconvenient Truth (Bir Acı Doğru) 2006 də göstərilib və California da havanı batıran qazların çıxartmaya olan qanunları daha zorlatdı.

Sicko (Dəli) 2007 də səbəb oldu ki bir HMO (sığorta) öz qanunların dəyişsin.

The Kite Runner (Çərpələng Uçuran) 2007 də göstərilib və tamaşaçılardan yığışan pul ilə 700 kənd kitabxanası tikilib və 500 diz üstü kompyuter paylandı.

Time Jurnalından çevrilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *