Ey hurivəş ki, əksi-rüxün sağərimdədir…

August 31st, 2010 | Yaz

Ey hurivəş ki, əksi-rüxün sağərimdədir,
Kövsər zülalı, badeyi-canpərvərimdədir.

İsgəndərəmmi zülmətə, ey Xızr, olam rəvan,
Abi-həyat ləli-ləbi-dilbərimdədir.

Sirri-dəhanı məndən eşit kim, bu nöqtənin
Təlif olan kitabələri əzbərimdədir.

Ol şəmi-hüsnə yandığım axşamdan bəri
Pərvanələr gözü hamı xakistərimdədir.

Qorxutma, zahida, məni nari-cəhimdən,
Dəryayi-rəhmətin başı əşki-tərimdədir.

Ol qaşı Zülfüqar vuran zəxmi-möhlikin
Cibril tək hənuz əsəri şəhpərimdədir.

Dildən məhaldır ki, edə intiqal eşq,
Seyyid, bu bir ərəzdi ki, öz cövhərimdədir.

Seyyid Əzim Şirvani

One Response to “Ey hurivəş ki, əksi-rüxün sağərimdədir…”

  1. [...] Ey hurivəş ki, əksi-rüxün sağərimdədir… [...]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>