Yazaq
Dönəmi anlamaq
Ey hurivəş ki, əksi-rüxün sağərimdədir…
August 31st, 2010 | Yaz
Ey hurivəş ki, əksi-rüxün sağərimdədir,
Kövsər zülalı, badeyi-canpərvərimdədir.
İsgəndərəmmi zülmətə, ey Xızr, olam rəvan,
Abi-həyat ləli-ləbi-dilbərimdədir.
Sirri-dəhanı məndən eşit kim, bu nöqtənin
Təlif olan kitabələri əzbərimdədir.
Ol şəmi-hüsnə yandığım axşamdan bəri
Pərvanələr gözü hamı xakistərimdədir.
Qorxutma, zahida, məni nari-cəhimdən,
Dəryayi-rəhmətin başı əşki-tərimdədir.
Ol qaşı Zülfüqar vuran zəxmi-möhlikin
Cibril tək hənuz əsəri şəhpərimdədir.
Dildən məhaldır ki, edə intiqal eşq,
Seyyid, bu bir ərəzdi ki, öz cövhərimdədir.
Seyyid Əzim Şirvani
[...] Ey hurivəş ki, əksi-rüxün sağərimdədir… [...]