Yazaq
Hacibaba
January 8th, 2007 | Yaz
İstədim dəhridə bir cam tutum,
Qoymadı çarx ki aram tutum
Yar yanım dadı ama qoymaz
Ki visalindan onun kam tutum
Məndən ahu kimi ülkür nə edim,
Mən bu ahunu necə ram tutum,
Ey cavanlar qocalıq vaxtı gəlir
Nə gülüm dəxi nə bayram tutum
Dəyirsən baxəbər ey nazənin yarım əgər məndən
Nədəndir bas verir hər bir sər muyun xəbər məndən
Məhəbbət məclisin gəl giş günü eyləyək gülşən
Güli gül qönçə səndən ah üçün badı səhər məndən
Təbibim qəm bəstərində gəl dərdimə müdəva qıl
Davayı nabi ləb səndən, qəza xunı ciyər məndən
Baş istərsən bu baş, gəl al bu əmri xeyri sal başdan
Görüm baş getsə axır əl çəkər bu dardı sər məndən
Gəl al ver eyləyək ya in ki mənzurun ticarət di
Mükərər busə səndən nəqdı can bir müxtəsər məndən
Rəşadət xərcə verməkdir xəyalın gəl edək dava
Vəli səndən ox atmaq, sinəni etmək sipər məndən
Xəyalim var açaq canan ilə sərraf dükanı
Gümüş tək ağ camal ondan, qızıl tək rəngi zərd məndən
Qara telin darama yoxdur könül arama(2)
Sən ki təbib dəyirdin nə çin aşdın yaramı durna
Sən haralısan sorma, mən buralarda durmam
Gedənisən aslan yarım gəl sinəm üstə durnam
Yaralı durnam
Qarpız kəsdim yeyən yox vallah dərdim bilən yox(2)
Yarım mənən barışıb gözün aydın deyən yox, durnam
Sən haralısan sorma, mən buralarda durmam
Gedənisən aslan yarım gəl sinəm üstə durnam(2)
Yaralı durnam(2)
Qarpız kəsdim nar kimin, dilimlədim bal kimin(2)
Gördüm yarın əllərini gecə yağmış qar kimin, durnam
Sən haralısan sorma, mən buralarda durmam
Gedənisən aslan yarım gəl sinəm üstə durnam(2)
Yaralı durnam(2)
Leave a Reply