Yazaq

Həftə Sonu

26 Jan 2009

Orgənci olduqum zaman, həftə sonu o qadarda anlam daşımırdı. Iş günüm də elə boş günüm sayılırdı. Həftə sonunda da elə iş günlərini kimi saat 9 ilə 12-nin arasinda oyanardım. Ayrı cür dəsəm, yuxudan doyduqum vaxt ayılardım.

Amma bilmirəm kimin qarqışı tutdu ki iş tapıb, həftə sonunun xeyr-bərəkətin başa düştüm. Artıq həftəni başa-baş sayıb, həftə sonun gözləmək mənimdə məsləkim oldu. Dəməyi gərəkmir ki həftə sonunun başa çatmasının nə qadar ağır olmasın da istər-istəməz başa düşmüşəm.

Həftə sonunun nə gec gəlib nə tez keçməsi bir göz yaşı ilə dolu mərsiyə dir. Bu mərsiyə yada düşəndə, mənə tək mərsiyə sahablarının yürəkləri titrəyib, gözlərindən damcı-damcı yaş damar. Bu mərsiyə az-çox həftənin hər günü mənim zehnimdə olar. Amma, həftə sonu başa çatanda, bu mərsiya daha önəm qazanar. Mənki əlləşərəm bir istəkən qəhvə ilə bu mərsiyəni sovam, siz neynərsiniz?

No comments

Leave a comment