İş

March 13th, 2008 | Yaz

Heç nə məni boş boşuna evdə oturmaq kimi sevindirməz! O gün ki mən işə getmərəm o gün elə mənim bayramım di. Şayəd də elə ona görə deyərlər dəliyə hər gün bayram di! Niyə ki dəli heç vaxt işə getməz. Şayəd də yox! Çünki elə dəlilər var ki hər gün işə gedərlər.

Bu gün də o günlərdəndir ki mən işə getməyəcəyəm. Bu o deməkdir ki saat 10 da yuxudan ayılıb, saat 12 də yemək yeyib, saat ikidə də çıxacağam evdən eşiyə. Bir coffee latte və bir tikə tort mənim kefimi lap duruldar.

Deyirsən saqi-ya hacı gülür Paris şəhərində

Məgər ağlar bəni-adəm müsəlman olmayan yerdə?!

Mirzəli Möcüz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *