Yazaq
Dönəmi anlamaq
Kor Ərəbin Mahnısı
June 1st, 2009 | Yaz
Nə eşq olaydı, nə aşıq,
nə nazlı afət olaydı!
Nə xəalq olaydı, nə xaliq,
nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman,
nə sur olaydı, nə matəm!
Nə aşinayi-vüslət,
nə bari-firqət olaydı!
Könüldə nuri-məhəbbət,
gözümdə pərdeyi-zülmət!
Nə nur olaydı, nə zülmət,
nə böylə xilqət olaydı!
Tükəndi taqəti-səbrim,
ədalət et, ədalət!
Nə öncə öylə səadət,
nə böylə zillət olaydı!
bu mahnini en son sizin saytinizda tapdim cox sagolun
[Reply]
bezi sozleri yoxdu amma yene de yaxsidi
[Reply]