Yazaq
Gözlərim Nəyi Görsün?
May 9th, 2008 | Yaz
Gözlərimlə bir gün danışdım.
Ondan istədim gözəllikləri görsün.
Baharda açılan qönçələri,
payızda saralan yarpaqları görsün.
Ürək şadlandıran ürəkləri
gülər üz insanları görsün.
Gizlin süzülən gözləri
sevgiyə dəyər verənləri görsün.
Yaşamı yaşadanları
yaşamaq yaradan əlləri görsün.
Ağzı-gözü toxları
ac ağızları doğuranları görsün.
Özlərini tanıyanları
məni özümə tanıtdıranları görsün.
Ürəklərindən küsülü olmayan
barışıq yayan nəfəsləri görsün.
Microsoft'dan Facebook'a Yürüş!
May 8th, 2008 | Yaz
Böyük IT qəzetçisi Kara Swisher’ın iddiasına görə və Wall Street Journalin yazdığına görə Microsoft Facebook‘un tamamını almaq için planlar çəkir. IT sahəsində geniş yayılan bu ara sözünə görə, Microsoft maliyyə elçiləri göndərərək Facebook sözükeçənlərinin şirkəti “tamamən satmaya” niyyətli olub olmadığını soruşub. Bu ara sözlərinə baxmayaraq bu sənətdə olan təhlilçilərə görə Facebook’un bu cür bir qarar verməyi əslən gözlənilmir.
Bir ayrı tərəfdən, Facebook’u işlədən üzvlər Microsoft’ın Facebook’u almağına o qədər də razı dəyirlər və indidən Facebook’u, bu cür bir müamilə olsa, tərk etməyə səslərin qovzayıblar. Facebook’u işlədənlərin çoxu öyrəncidilər və Micosoft’a qarşı olan içlərində heç də az deyir. Bir neçə qrup, facebook da, Microsoft müamiləsinin qarşılığında yaradılıb.
Microsoft və Facebook əslində indi birlikdə çalışırlar. Microsoft Facebook’a 240 milyon dolar yatırım yapmış. Buna görə də Microsoft’un təbliğat servisinin təbliğləri Facebook dan görsədilir. Əgər Facebook tamamən satın alınırsa, Facebookun təbliğ sisteminin kontrolu Microsoft’un əlinə keçəcək. Bu şəkildə Yahoo’yu ala bilməyən Microsoft, internet təbliğat konusunda Google ilə rəqabətdə bir addım önə keçə bilmiş kimi görünür. Həmin bu illətə görə, firmanın Digg və ya Meebo’ya da yan gözü ilə baxmaqda olduğu iddia edilir.
Stephen Hawking – Zamanın Qısa Tarixi (I)
May 8th, 2008 | Yaz
Bir dəfə bir məşhur bilici (bəzilərə görə Bertrand Russell) astronomiyaya görə bir ümumi danışıq verirdi. O yerin necə günün dövrəsinə və günün də kəhkəşanın dövrəsinə, yanı çoxlu ulduzların toplanışının dövrəsinə, fırlanmasın şərh verdi. Danışıq qurtaranda, bir balaca qoca xanım otağın guşəsindən qalxıb dedi: “Sənin dediklərin tartan-partan di. Dünya bir böyük tısbağanın belinə dayanmış saf səthdir.” Alim gülə-gülə soruşdu: “Onda tısbağa nəyin üstündə durub? ” “Sən çox ağıllısan cavan, çox ağıllı” qoca dedi. “Amma aşağıyacan biri-birlərinin üstündə qalanmış tısbağalar düzülüb!
Çoxları dünyanı bir tısbağalardan qurulmuş qala kimi görməyi gülməli bilirlər, amma biz neyə düşünürük ki biz daha yaxşı dünyanı tanıyırıq? Biz kainatdan nə bilirik və onu necə bilmişik? Kainat haradan gəlib hara gedir? Kainatın başlanğıcı varmışmı və əgər varmış ondan qabaq nə baş vermişmiş? Zamanın zatı nədir? O bir gün qurtaracaqmı? Zamanda dalı ya getmək olarmı? Fizik də yeni texnologiyanın gücü ilə tapılmışlara dayanaraq bu köhnə sorğuların bir neçəsinə cavab vermək olar. Bəyə də bir gün, bu cavablar yerin günün dövrəsinə dolanmağına tay bəlli ya da ki tısbağaların qalasına tay gülməli görünələr. Yalnız zaman bunu görsətəcək.
Miladdan 340 il öncə Yunan filosofu Aristotel, Cənnətlərdə kitabında, iki gözəl dəlil yerin girdə olmağına gətirə bildi. Biri bu ki, o başa düşdü ki ayın tutulması yerin günün qabağın kəsməyə görədir. Yerin kölgəsi ayın üstündə daim girdədir. Buda ola bilməz məgər yerin girdənə olması ilə. Əgər yer saf bir disk olsaydı, onda kölgədə çəkilib ellipsəbənzər olardı, məgər onda ki ay tutulması daim günün duz diskin ortasında olan zaman üz verəydi. İkinci bu ki, Yunanlılar öz səfərlərindən bilirdilər ki quzey ulduzu gövdə güney sahələrdən baxanda daha aşağı da görüşər ta quzey sahələrindən. Bunun da dəlilə odur ki quzey ulduzu quzey qütbünün üstündə yerləşib və quzey qütbündə ona baxan onu düz başının üstündə görər. Amma ekvatordan baxan, onu üfüqdə görər. Quzey ulduzunun Misir ilə Yunandan görüşmə durumlarının fərqindən, Aristotel yerin dövrəsindəki fasiləni təqribi olaraq 400000 Stadia çıxardıb yazmış. Stadianin dəqiq nə qədər olması bəlli deyir amma deyilir ki bir Stadia 200 yard olmalıdır. Bu fərz ilə Aristotel tapan fasilə iki qat bu gün qəbul olunmuş rəqəmdən böyükdür. Yunanlıların hətta bir ayrı dəlilləri də yerin girdə olmağına varları imiş, bir qayığın üfüqdən gələndə ilk yelkəni və sonra aşağı tərəfinin görsənməyinin dəlili yerin girdə olmasından sora nə ola bilər?
Fişka
April 9th, 2008 | Yaz
Bahar olub, hava da bahar sərinliyi həm də yumşaqlığı var. Fişka çala-çala küçədə gedirəm. Böyüklərin biri demiş fişka çalan fişka çalmaqla istəyir fikirlərin başından çıxartsın. Hankı böyük? Bilmirəm. Bir belə böyükdən əlbət biri də bunu demiş. Dördyol da duran qarı məndən xırda pul istəyir. Mən də həmişəki kimi vermirəm. “Sorry” deyirəm o da əlindəki musiqi alətin çalmağa davam eləyir. Mənim pul verməməyimə alışmayıb. Neçə ildir ki elə burda dayanar, məndən pul istər, mən də haman cavabı verərəm, oda çalmağına davam eləyər. Ya mənim kərəm bulağımın coşmasına ümid eləyir ya da ki heç məni görməyir.
Latın bir barın önündən keçəndə beynimə vurur dönüm bir zad içim. Qayıdıram. Otura-otura bufetçi deyir ki barı bağlayırlar. Axırıncı elanı da eləyiblər. Durub yola düşürəm. Taleyə lənət çevirirəm ki saat 10 da barları bağlanılan bir şəhərdə yaşıram. Fişka çalıram. Neçə yaşıd kişi siqara çəkə-çəkə mən gedən cəhət də gedirlər. Birisi çəkdiyi siqarı o birisinə verir. Vid iyi gəlir. Deməli siqar dəyirmiş. Addımlarımı yeyinlədib onları qabaqlayıram.
Bir qızınan bir oğlan danışa-danışa gedirlər. Saat 10 olmağa baxmayaraq, əllərində qəhvə var. İngiliscə danışmırlar. İspancaya oxşadıram. Heç o da dəyir. Bəyə də Fransızca danışırlar. Bilmirəm. Bəyə də biri-birilərinə onlar yalan demirlər. Fişka çalıram. Sərin yel üzümü gizildədir; sərin olsa da xoş di. Bir İriş barın önündən keçirəm. Mən heç zaman bu barı unuda bilmərəm. Necə ki səni unuda bilmərəm, və o gecə bu bar da olanları. Bara girmək istəyirəm. Vaz keçirəm. Elə onsuz da az çəkmirəm. Bar da adamın dili tez açılar. Mənim də dilim o gecə deməməliləri açıb dedi. Elə özü də bu bar da, İriş bar da. Sən eşitdiklərinə inanmırdın. Bir yol axtarırdın onları ayrı yerə yorasan. Mən heç nə demirdim. Sən elə özün hər nəyi başa düşmüşdün. Hər nəyi yox, hər nəyi ki elə başa düşə bilərdin başa düşdün. Hər nəyi heç mən də başa düşə bilirəm. Bar’dan çıxıb evə sarı gəlməyimiz yadıma düşür, həmdə gözündən axan yaş, həmdə gözümdən axan yaş. Fişka çalıram. Heç fişka çalmaqda da əlim yoxdur. Mən çalan havalar hamıya qərib gəlir. Əlbət yanlış çalmağımı düşünürlər. Amma mən heç fişkamı kəsmirəm. Bu fikirləri özümdən uzaq saxlamağa çalışıram. Boş yerə çalışıram.
Fikrim burulur gedir o günlərə. O parkda günün istisində uzanıb, gün-hamamı tutmağımız yadıma düşür. Bizim o səslərimizin sənin yoldaşlarına yad gəlməsi yadıma düşür. On səslər də bizim nəğməmiz idilər. Batı ilə doğunun cızıqların sındıran nəğmələr, sünnətləri üzən nəğmələr. Batı ilə doğunun arasında ovulanların səsi. Fişka çalıram. Haman ki dördyoldayam. Haman xanım məndən xırda pul istəyir. Vermirəm. Heç nə də demirəm. Əli ilə Nino’nun romanı yadıma düşür. Əlinin yolçuya pul verməsi. Fişka çalıram.
Bir röyam var – Martin Luther King
April 5th, 2008 | Yaz
Bu gün sizə deyirəm ki, dostlarım, bu anın gətirdiyi çətinliklərə baxmayaraq, mənim bir röyam var. Amerika röyasına dərindən kök salmış bir röyadır bu.
Bir röyam var. Gün gələcək, bu ulus ayağa qalxıb öz inancını gərçək anlamı ilə yaşayacaq. “Buna özü-özün açıqlayan bir gərçək kimi inanırıq ki, bütün insanlar müsavı yaradılmışlar.”
Bir röyam var. Gün gələcək, əski kölələrin uşaqları ilə əski kölə saxlayanların uşaqları, Georgia’nın qızıl təpələrində qardaşlıq süfrəsinə birlikdə oturacaqlar.
Bir röyam var. Gün gələcək, hətta Mississippi əyaləti də, ədalətsizlik və zülm otunda yanıb alovlanan o əyalət də, bir azadlıq və ədalət vahəsinə dönəcək.
Bir röyam var. Gün gələcək, dörd küçük uşağım, dərilərinin rənginə görə yox, xarakterlərinə görə dəyərləndirildikləri bir ölkədə yaşayacaqlar.
Bu gün bir röyam var mənim. Bir röyam var. Gün gələcək, Alabama əyaləti, valisinin ağzından tez-tez müdaxilə etmə və izin verməmə sözləri tökülən o əyalət, kiçik qara oğlanlarla kiçik qara qızlara, kiçik ağ oğlanlar və kiçik ağ qızlarla əl-ələ tutub qardaş kimi birlikdə yeriyən bir yerə dönəcək.
Bu gün bir röyam var mənim. Bir röyam var. Gün gələcək, bütün dərələr qovzanıb bütün təpələr və dağlar alçalacaq, kələ-kötür yerlər düzlük edilib əyri-üyrü yerlər düzləşdiriləcəklər və Allahın şanı yer üzündə yenib, bütün canlılar birlikdə onu görəcəklər.
Bizim ümidimizdir. Güneyə döndüyümdə içimdə daşıyacağım inancdır.
Bu inanca görə ümidsizlik dağını yonub bir ümid daşı yaradacağıq. Ulusumuzu saran ahəngsiz bağırtıları, bu inanc ilə gözəl bir qardaşlıq simfoniyasına döndərəcəyik. Bu inanc kölgəsində bir gün azad olacağımıza inanıb, bir yerdə çalışıb, bir yerdə dua eliyib, bir yerdə çarpışıb, birlikdə həbsə düşüb, azadlıq için birlikdə ayağa qalxacağıq.
O gün Allahın bütün qulları, yeni bir anlam ilə oxuya biləcəklər:
Mənim ölkəm, sənin ölkən
Azadlığın gözəl yurdu,
Sənə oxuyuram:
Bura Atalarımın öldüyü torpağı,
Şəhidlərin qüruru olan torpaq,
Hər bir dağın yamacından,
Azadlıq cingildəyəcək.
Və əgər Amerika bir böyük ulus olmalıdır, bu gərək olsun. Və göy azadlıq New Hampshirein uca dağından səslənsin.
New Yorkun əzəmətli dağlarından səslənsin.
Pennsylvanianin dağlarından.
Coloradonun qar basmış dağlarından.
Californianin əyri yamaclarından.
Tək oradan yox,
Georgianın qayalarından.
Tennesseenin görməli dağlarından.
Mississippinin hər dağ və təpəsindən.
Qoy hər dağlıqdan azadlıq cingildəsin.
Bunlar olandan sora, biz azadlığın səslənməsinə izin verəndən sora; hər kəndidən və obadan, hər əyalətdən və şəhərdən azadlığın cingildəməsinə yol verəndən sora, o gün yaxınlada biləciyik ki o gün Allahın bütün qulları, qara-dərililər və ağlar, Yəhudilər, xristianlar, protestantlar və katoliklər, əl-ələ tutub qara-dərililərin əski bir mənəvi oxumaqların söyləyəcəklər:
Sonunda azadıq! Sonunda azadıq!
Şükürlər olsun Tanrım!
Sonunda hamımız azadıq!
Fizuli
March 31st, 2008 | Yaz
Azeri Word of the Day
March 31st, 2008 | Yaz
Ata baba sözləri
March 31st, 2008 | Yaz
Güllərdən başlar
March 29th, 2008 | Yaz
Bir bağban belə demişdir ki, səhər bağda yeriyəndə qızıl göllər ona deyərlər əlini çək bizim başımıza. İnanması çətindir. Səndə şayəd istəyirsən ki qızıl göllər səndən də istəsinlər başlarına əl çəkəsən. Bəyə də olar istəyirlər, sən səslərin eşidib başa düşmürsən.
Onların səslərin eşidən gündən, o birisi güllərində səslərin eşidəcəksən. O sözlər ki deyilərdi amma eşitməzdin, onları eşidəcəksən. Həm günəşlik günün işığını, həm buludluğun tutqunluğu sənlə danışacaq. Belə olar ki ürəyin sənlə danışar. Danışar və biləsən ki ürəyinin sözü heç də az dəyirmiş. O birisi ürəkləri də eşidib başa düşərsən. Heç onlarında sözləri az deyir. Ürəklər necə danışarlar? Gözlərlə, ürəklərin səsi gözlərin baxışından çıxar.
Deməli hamısı biri-birinə bağlı imiş. Elədir, güllərin səsin eşitməklə hamısı başlar…