Səni qəmli görəndə!

December 29th, 2014 | Yaz

Olaram dərdə həmdəm,
Səni qəmli görəndə.
Ürəyimi üzər qəm,
Səni qəmli görəndə.

Boran olar, qar olar,
İşim ahu zar olar.
Mənə dünya dar olar,
Səni qəmli görəndə.

O günəş üzün hərdən,
Bürüməsin duman çən.
Saçlarıma düşər dən,
Səni qəmli görəndə.

Əsən külək dayanar,
Göylər qara boyanar.
Aşiq odlarda yanar,
Səni qəmli görəndə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *