Sənsən, sən!

August 17th, 2009 | Yaz

Aylı gecə, sərin külək, göy çəmən,
Dörd yanımız ətir saçan yasəmən.
Ancaq məni heyrətlərə qərq edən,
Nə çəməndir, nə çiçəkdir ñ
Sənsən, sən!

Çiçəklərin yarpağında şeh gəzir,
Tellərində külək gəzir, meh gəzir,
Qəlbimi gah qul eyləyən, gah əsir,
Nə o şehdir, nə o mehdir
Sənsən, sən!

Nəğmə deyir zümzüməli çay səsi,
Nəğmə deyir küləklərin nəfəsi,
Mənim sevgi taleyimin nəğməsi,
Nə o çaydır, nə küləkdir
Sənsən, sən!

Bir ümidlə dövr eləyir bu cahan,
Bir diləyə qovuşmağa atır can.
Mənim həyat yollarıma nur saçan,
Nə ümiddir, nə diləkdir,
Sənsən, sən!

Bir söz axır dodağıma dilimdən,
canan deyib, can bilirəm səni mən,
Gecə-gündüz bu sinəmdə döyünən,
Nə könüldür, nə ürəkdir
Sənsən, sən!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *