Seattle Gəzməsi (I)

June 25th, 2008 | Yaz

Səhər tezdən saat 8:00 də Seattle`ə yetirdim. Saat 8:00 mənə elə obaşdan kimi di. Aeroportdan bir taksi tutub özümü yetirdim hotelə. Taksi sürən bir dana əmmaməli Hindli idi. Hən! onlardan ki adların bizim dildə bura yazmaq olmaz! 40 dolar aldı. Deyirdi ki 15 il olar Seattle`də yaşayır. Dedi ki havalar neçə gün di ki tutuq di və deyilir ki elə neçə günəcən də tutuq qalacaq. Mən də dedim muştuluğun borc olsun!

Tez yetirməyimə görə hotel də otağa getməyə yol vermirdilər. Mən də kifim anbara verib pətə aldım. Çün neçə gün irəlidən internetdən və bir neçə kitabdan Seattle`ə görə yazılar oxumuşdum, hara gedib baş vurmamı öncədən bilirdim. Bir neçə xiyaban aşağıda məşhur Pike Place Public Market yerləşirdi. Narın yağış altında yeriyə-yeriyə özümü yetirdim Marketə. Bu market 100 il bundan əvvəl açılmış. Amerika kimi yerdə elə yüz il özü də qədim və tarix hesablanır!

Çünki mən tez yetirmişdim, hələ əldə satanların çoxu tabaqların döşəməmişdilər. Amma yavaş-yavaş balıq satanlar, gül satanlar, və o birisi alverçilər taxta-tabaqların hazırlayırdılar.

Buda bir bürüncdən tökülmüş donuz heykəli idi ki bazarın əlaməti də hesablanırdı.

Bazarın bir bucağında bir cavan oğlan çırmalanmış idi və piraşki bişirirdi. Piraşkilər elə şüşə dalından adama göz vururdular. Amma mən ac dəyirdim. Yeri nişanladım ta bir az sora gəlib orda bir piraşki yeyim. Mən nə biləydim ki bir az sora adam əlindən burda yer olmayacaq və uzun bir səf piraşki satanın önündə bağlanıb, məni piraşki yeməkdən məhrum eləyəcək!

Starbucks qəhvəxanası şöbələri nə tək Amerikada bəlkə dünyanın bir çox ölkələrində səpələnmiş və çoxları günlərin Starbucks`ın qəhvələri ilə başlayarlar. Starbucks da öz biznes və işin elə Seattle’dən və elə bu Pike Place Marketdən təxminən 35 il bundan öncə başlamış. Starbucks’ın ən ilkin qəhvəxanası da bir izdihamlı və əlbəttə mənfəətli günə özünü hazırlayırdı.

ardısı var…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *